Politoloq yazır: "Minsk Qrupu artıq tərəfə çevrilib."

30-10-2020, 00:50           
Politoloq yazır: "Minsk Qrupu artıq tərəfə çevrilib."
İlham Əliyev Twitter hesabında yazıb ki, "vasitəçilər beynəlxalq hüququn normalarına və bitərəfliyə riayət etmək baxımından bitərəf və qərəzsiz olmalıdır. Əks halda onlar, sadəcə, vasitəçi olmaq imkanını itirərlər."
Teref.az yazır ki, bunu ADR sədri, politoloq Qubad İbadoğlu yazır. Daha sonra Qubad bəy yazır:
P.S. Bu Putinin açıqlamalarına cavabdır, həm də o deməkdir ki, bugünə planlaşdırılan, sonradan sabah keçirilən Cenevrə görüşündən nəysə gözləməyə dəymir, çünki Minsk Qrupu artıq tərəfə çevrilib. Əslində ən düzgünü sabah onların ATƏT-ə hörmət edib, özlərini buraxmaları olardı.
P.P.S. Dünən yaxşı nəticələr var, bilirsiniz nədən açıqlanmır? Görünür ki, hər kəsin nəzərləri Laçın dəhlizinə tikilib, ona görə də Laçınla bərabər işğaldan azad olunmuş digər ərazilər barədə məlumat birgə veriləcək.
P.P.P.S. Aldığım məlumatlara görə, Xocavənd ərazisindən Şuşa istiqamətində də şiddətli döyüşlər gedir.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru