Mixail Rostovskiy: Ərdoğan və Putin xətti: Moskvanın Qafqazdakı imkanlarının həddi haradadır?

30-10-2020, 04:33           
Mixail Rostovskiy:


Kreml və “cəhalət sahəsi”

Ölkəmizin “andiçmiş dostu” Rəcəb Tayyib Ərdoğan Rusiyaya nəzakətli bir ultimatum göndərdi, Moskvanın Qafqazda keçmək hüququ olmadığı müəyyən bir qırmızı xəttin olduğunu elan etdi. Bu xəttin tam haradan keçdiyini Türkiyə prezidenti ehtiyat olaraq söyləmədi. Heç lazım da deyil. Putinin Qafqazda öz qırmızı xətti var. Bu da Ərdoğanın müəyyən etdiyi xəttdən daha vacibdir.

Çıxa bilməyəcəyimiz bu dar dəhliz təxminən belə ola bilər: Rusiya Qafqazda müşahidəçidən və vasitəçidən başqa heç bir halda müharibənin iştirakçısına çevrilməməlidir.

Rus əsilli tanınmış İngilis politoloq Oksana Antonenko bu günlərdə Amerika “Woodrow Wilson” Beynəlxalq Mərkəzinin portalında yayımlanan məqaləsində keçmiş SSRİ-də Moskvanın siyasətinin hazırkı mərhələsini çox əsaslı şəkildə xarakterizə edib. “Qərb siyasətçiləri çiyinlərini çəkərək etiraf edirlər ki, Belarusdakı böhrana son qoymaq baxımından Moskvanın bütün kartları var, Azərbaycan və Ermənistan arasındakı müharibənin sona çatması və Bişkek küçələrinə qayda-qanunların qaytarılması da həmçinin. Paradoks budur ki, Rusiya bu kartların hamısına sahib olsa da, hələ də oynaya bilməyib. Kremlin bu üç böhranın hər birinə reaksiyasına baxanda, illər ərzində proqnozlaşdırılan və təhlil olunan hadisələrin inkişafı onun üçün tamamilə sürpriz oldu”.

Moskvanın postsovet məkanındakı “təsir dairəsinin” getdikcə “cəhalət sferasını” xatırlatdığını qeyd edən Oksana Antonenko Rusiyanı günahlandırır ki, indi Qafqazdakı hərbi əməliyyatları dayandıra biləcək təsirli rıçaqlara sahib deyil.

Siyasi elmlərdəki istedadımın bir neçə dəfə müxtəlif birgə tədbirlərdə Oksananı üstələsəm də, onu başa düşmək və hətta bir qədər razılaşmaq məcburiyyətindəyəm. Azərbaycan və Ermənistan arasındakı münaqişədə Moskva bəşəriyyəti minalardan təmizləməyə və zərərsiz vulkanları göstərməyə hələ hazır deyil. Əslində Dağlıq Qarabağ münaqişəsi məhz siyasi vulkanlar kateqoriyasına aiddir, oradan gec-tez yeni lava axınları püskürməyə başlaya bilər.

Qısa toqquşmaları nəzərə almasaq, münaqişə 1994-cü ildən 2020-ci ilədək dondurulub. 90-cı illərin əvvəllərində Azərbaycan sarsıdıcı hərbi məğlubiyyətə düçar oldu. O vaxtdan bəri Azərbaycan dövləti fransızlar demiş “raison d’être”(raison d’être) bu məğlubiyyətin intiqamını almaq istəyir. Neft satışından təsirli gəlirlərə sahib olan Bakı uzun illərdir ki, cavab tədbirlər üçün qüvvələr toplayır. Gec-tez bu cavab zərbəsi hazırlıq mərhələsindən tətbiqetmə mərhələsinə keçməli idi.

Moskva isə belə bir vəziyyətdə gizli qarşıdurma dinamikasını dəyişdirə bilməzdi. Bəzi müşahidəçilər münaqişə tərəfləri arasında güzəştə getmək şansının olduğunu iddia edirdilər. Amma hər şey təsadüfən son anda pozuldu.

Əslində, hər şeyin dağılması təsadüfən deyildi! Hərbi qarşıdurmanın hazırkı mərhələsi başlamazdan əvvəl Ermənistanın güzəştə getmək üçün güclü stimulu yox idi. İndi isə uğurlu hərbi əməliyyatlar fonunda Azərbaycan güzəştlərə getmək həvəsində deyil. Bu isə Rusiyanın heç də yaxşı vasitəçi olmadığı anlamına gəlmir. Dağlıq Qarabağdakı atəşkəs davamlı şəkildə pozulur.

Obyektiv və subyektiv amilləri nəzərə alsaq, nə Moskvanın nüfuzu, nə də Qafqazdakı mövqeləri indi müsbət deyil. Artıq indi həm ermənilər, həm də azərbaycanlılar bizdən inciyirlər. Çıxış yolu varmı? Var. Rusiya müəyyən nüfuz və siyasi itkilər verməklə vəziyyəti tənzimləyə bilər. İndi əsas məsələ Rus diplomatiyasının hansı itkilərlə razılaşmasıdır. Bu, bir qədər xoşagəlməz olsa belə.

Mənə elə gəlir ki, Kreml artıq bu vəzifənin nəzəri səviyyədə öhdəsindən gəlib. Bir həftə əvvəl Valday Klubunda çıxış edən Vladimir Putin ilk baxışdan adi siyasi ritorika kimi görünə biləcək bir neçə cümlə səsləndirdi: “Siz dediniz ki, Rusiya həmişə Ermənistanla xüsusi əlaqələrdə olub. Ancaq Azərbaycanla hər zaman xüsusi əlaqələrimiz olub. Rusiyada iki milyondan çox erməni və iki milyona yaxın azərbaycanlı yaşayır”. Yəni bu, adi bir siyasi ritorika deyil!…Bu dərin, biraz örtülü, amma çox açıq bir təsvirdir.

Bu, Rusiyanın hüdudlarından kənara çıxmayacağı dar fürsət dəhlizinin bir qədər pərdələnmiş, eyni zamanda çox aydın bir təsviridir. Moskva Ermənistanın yalnız rəsmi sərhədləri daxilində təhlükəsizliyinin qarantıdır. Bu sərhədlərdən kənar ərazilərdə erməni tərəfi yalnız öz qüvvələrinə arxayınlaşa bilər. Münaqişə tərəflərindən hansının bu mövqeyi bəyənə bilməməsindən asılı olmayaraq. Ancaq mən Putinin mövqeyini düzgün bir şəkildə “oxudum” o, açıq şəkildə bildirdi: “…Rusiya daxili rifahını və daxili sabitliyini kimsə üçün riskə atmaq niyyətində deyil…”

Qafqazdakı vəziyyətdəki ziddiyyətlər baxımından Rusiya və Türkiyə arasında pis nə ola bilər? Ankaranın Moskvaya verə biləcəyi hər hansı bir ultimatum vəziyyəti gərginləşdirə bilər. Rusiyanın ən xırda yanlışlığı Ərdoğana Türkiyə hərbi gücünü birbaşa Ermənistana yönəltmək imkanı verə bilər (ruhunun dərinliklərində Ərdoğan bunu mütləq istəyir). Elə isə münaqişəyə Türkiyənin müdaxilə etməməsi baxımından Kremldən nəzəri olaraq nə tələb olunur? Təbii ki, Rusiya bəzi xarici “qırmızı xətlər” səbəbindən deyil, öz strateji maraqlarından çıxış etməlidir.

Hələlik Moskva ilə Ankara arasındakı mübahisələrin şiddətinin Ərdoğan və Makron arasındakı “mehriban dialoq” zamanı müşahidə olunan səviyyəyə çatmadığını göstərir. Lakin, gəlin tələsməyək. Qafqazdakı qarşıdurmanın şiddətlənəcəyi təqdirdə Türkiyə prezidentinin hər hansı bir hərəkəti Rusiya üçün fors-majora səbəb ola bilər. Kremlin isə buna hazır olduğuna inanmaq istərdim. Və hörmətli həmkarım Oksana Antonenkonun uydurduğu kimi Rusiyanı”cəhalət sferasında” gəzmədiyini görmək istərdim.

Mixail Rostovskiy, “Moskovskiy komsomolets”, 29.oktyabr 2020.

Tərcümə etdi, Surxay Atakişiyev,

KONKRET.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.