“Noyabrın sonunda Bakıda Turan ordusu yaradılacaq və Qarabağın əməliyyatı onun ilk əzələ nümayişi olacaq” - İLGİNC İDDİA

30-10-2020, 08:20           
“Noyabrın sonunda Bakıda Turan ordusu yaradılacaq və Qarabağın əməliyyatı onun ilk əzələ nümayişi olacaq” - İLGİNC İDDİA
“Yəqin ki, Dağlıq Qarabağ probleminin həllinin noyabrın sonunun Bakıda keçirilməsi planlaşdırılan türkdilli dövlətlərin zirvəsi ilə üst-üstə düşməsi planlaşdırılır".

Ovqat.com xəbər verir ki, bunu Orta Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru Semyon Bagdasarov oktyabrın 28-də Telegram kanalında yazıb.

Bagdasarovun iddiasına görə, oktyabrın sonunda Azərbaycanın paytaxtında keçirilməsi planlaşdırılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısında "Böyük Turan Ordusu"nun yaradılacağının elan olunması gözlənilir: “Göründüyü kimi, bu hadisə üçün Türkiyə tərəfi ilə əməkdaşlığın effektivliyini nümayiş etdirərək Dağlıq Qarabağ problemini ildırım sürəti ilə həllinə çalışırlar” – Bağdasarov belə deyib.

Ekspertin fikrincə, "Turan Ordusu" NATO-nun Şərq analoqu kimi planlaşdırılır və bu layihə uğurla həyata keçirilsə, Rusiya diplomatiyası SSRİ-nin dağılmasından bəri ən dağıdıcı məğlubiyyətə uğrayacaq. Bağdasarovun iddiasına görə, bu vəziyyətin həssaslığı ondan ibarətdir ki, "alti əyalət - bir millət" şüarı onsuz da KTMT üzvü olan dövlətlərin bu quruluşa girməsinə imkan verir. Və bu, "Rusiya diplomatiyasının sifətinə bir şillə" kimi çarpılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.