Birinci vitse-prezident Mehriban Əliyeva İzmirdə zəlzələ nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi

30-10-2020, 22:19           
Birinci vitse-prezident Mehriban Əliyeva İzmirdə zəlzələ nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Türkiyənin İzmir şəhərində baş verən zəlzələ ilə bağlı paylaşım edib.

Axeber.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Türkiyənin Egey bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını diləyirəm. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru