Qaç, Peqov, qaç Ermənistandan, nə qədər ki, səni Arsrun yeməyib!
1-11-2020, 17:46

Artıq heç kim üçün sirr deyil ki, Qarabağ cəbhəsindəki acınacaqlı vəziyyət fonunda, bütün döyüş dövrü ərzində Ermənistan hökuməti və diasporu misli görünməmiş təbliğat dolağını işə salıb və hər yana açıq şəkildə yalan məlumatlar püskürür.
İş o yerə çatıb ki, postsovet ölkələrindən olan və Ermənistanla Azərbaycan arasındakı informasiya müharibəsində “qızıl orta”nı tapmağa çalışan müstəqil ekspertlər indi ümidsizcəsinə əl-qollarını yana sallamalı olurlar. Çünki erməni mənbələri nəinki həqiqəti təhrif edir, onlar sadəcə, ümidsiz şəkildə ağ yalanlar danışır.
Bütün bunlar artıq ona gətirib ki, erməni oxucuları Azərbaycan mənbələrini izləyir və bu yolla bir növ onlara sırınan material axınını yumşaltmağa çalışırlar, əslində isə elə Azərbaycan qaynaqlarına inanırlar.
Müharibənin ilk həftələrində erməni təbliğat maşınının silahlarından biri də tanınmış jurnalist Semyon Peqov oldu. Erməni media maqnatı Aram Qabrielyandan yaxşı qonorar almış Semyon Ermənistan Müdafiə Nazirliyinin rəsmi yalançısı Arsrun Ovannisyanın yalanları ilə ayaqlaşmaq üçün belində kamera, çarəsiz vəziyyətdə Dağlıq Qarabağın şəhər və kəndlərini ala köpək kimi gəzdi.
İlk vaxtlarda bu, Peqova müyəssər olurdu, Ukraynanın işğal olunmuş bölgələrinə səfərləri ilə təşviq edilən YouTube və telegram kanalları ilə, Rusiyada fəaliyyət göstərən oxşar telegram kanalları sisteminə girməsi onun işinə çox yaradı.
yazinin ortasina sekil.jpg (40 KB)
Vladimir Solovyovun şagirdi, Marqarita Simonyanın həmkarı Semyon Peqov əvvəlcə ermənilərə ümid aşıladığı üçün onların dərin hörmət qazandı. Bununla belə, Qarabağ bataqlıqlarında terrorçuların cəsədlərini yeməklə böyümüş çöl donuzlarını tıxan Arsrun atları elə sürdü ki, ala köpək onunla güclə ayaqlaşa bildi. Sifarişçilər isə elə hey tələb edirdilər:
Hadrutun Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olması barədə bir hesabat lazım.
Peqov isə ürəyində fikirləşir və anlamırdı: axı şəhər artıq bir neçə gündür Azərbaycanın əlindədir. Bu an Aram Aşotoviçin narazı nəriltisi qulağında səsləndi və Peqov Hadrut və Füzuli haqqında bir-birinin ardınca yalan xəbərlər uydurmağa başladı. “Wargonzo” kanalına bağlanan ermənilər isə buna səmimi qəlbdən inandılar və sevindilər.
Lakin Hadrutla bağlı yalan bir-iki gün belə davam gətirmədi. Hər şey də elə o vaxt başladı: aldadılmış ermənilər tərəfindən Peqova təhdidlər yağdı. O, Hadrutla bağlı məlumatların sonda təsdiqlənməyəcəyi halda hətta ölümlə hədələndi. Məlumatlar isə hamımızın bildiyimiz kimi yalan çıxdı. Semyon hətta bir müddətə Ermənistanı tərk etməli oldu.
Görünən indi budur ki, son vaxtlar işlər tam tərs gedib və erməni təbliğatı Peqovu qurban keçisi kimi itkiyə verməyi qərarlaşdırıb. Artıq bir sıra erməni informasiya kanalları Semyonu aradan götürmək üçün zəmin hazırlamaqdadır. Belə ki, onlar skrinşotlar uyduraraq Pegovu ermənilərin yox, məhz azərbaycanlıların təhdid elədiyi və jurnalisti aradan götürmək məqsədilə azərbaycanlıların guya Peqovun reportajları əsasında onun olduğu coğrafi məkanı izlədikləri barədə fikir formalaşdırmağa başlayıblar. Qarabağda yaşanan qarışıqlıqda Semyon Peqovu aradan götürmək və günahı mifik azərbaycanlı dəstənin üzərinə atmaq isə heç bir çətinlik yaratmır.
Əvəzində sonra elə bir hay-küy qaldırmaq və Azərbaycanı elə günahlandırmaq olar ki.
Görünür, erməni təbliğatının məqsədi də budur.
Odur ki, bizdən Peqova məsləhət: qəzəbli və çarəsiz durumda olan erməni təbliğatçılarının nəyə qadir olduqlarını nəzərə alaraq, o, təcili şəkildə Ermənistanı tərk etmək üçün bir fürsət tapmalıdır. Ola bilsin bu işdə ona Rusiyanın hərbi dairələrindəki əlaqələri kömək etsin. Çünki səmimi desək, əgər Ermənistan hakimiyyəti onun hökmünü imzalayıbsa, başqa kim Semyon Peqovun təhlükəsizliyini təmin edə bilər ki...
P.S. Yazının rusca orijinalı bu linkdə.
Siyasət şöbəsi,
Musavat.com