NEWS.RU: "Azərbaycan Silahlı Qüvvələri Şuşaya girdi"

1-11-2020, 22:27           
NEWS.RU: "Azərbaycan Silahlı Qüvvələri Şuşaya girdi"
“Zaman” Telegram kanalı Azərbaycan Ordusunun Şuşa şəhərinə bir neçə saat əvvəl daxil olduğunu bildirib.

“Biz Şuşadayıq! Azərbaycan əsgərləri bir neçə saat əvvəl şəhərə daxil oldular. Döyüşlər davam edir, ancaq ordu artıq şəhərdədir“, – deyə kanalın əməkdaşı məlumat verir.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın məşhur “NEWS.ru” nəşri məlumat yayıb. Portal daha sonra yazır ki, “Oktyabrın 29-da tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın başçısı Arayik Arutyunyan Azərbaycan qoşunlarının Şuşaya doğru irəlilədiklərini və şəhərdən bir neçə kilometr məsafədə olduqlarını söyləmişdi. Şuşa Xankəndi ilə on kilometrlik məsafədədir. Xankəndi ilə Ermənistanı birləşdirən yol Şuşadan keçir. Birinci Qarabağ müharibəsi zamanı şəhərə ciddi ziyan dəymişdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru