“Bayraq Gününə qədər bayrağımız Şuşada dalğalanacaq” – MÜHÜM AÇIQLAMA

3-11-2020, 08:54           
“Bayraq Gününə qədər bayrağımız Şuşada dalğalanacaq” –
Müharibə uzağı bir həftəyə bitəcək. Çünki Ermənistanın elə resursu yoxdur. Nə maddi, nə hərbi, nə iqtisadi, nə də insani resursları. Dünyada elə bir dövlət qalmayıb ki, onun zəhləsini tökməsinlər. Hamıya yalvarırlar ki, bizə kömək edin, bizi xilas edin. Məncə Bayraq Gününə qədər bayrağımız Şuşada dalğalanacaq.

Bu fikirləri politoloq Cümşüd Nuriyev deyib.

O, əlavə edib ki, müharibədən sonra Azərbaycan böyük işlər görəcək: Bildiyiniz kimi artıq Azərbaycan dövləti işğaldan azad olunan ərazilərimizdə fəaliyyətə başlayıb. Yol çəkilir, elektrik enerjisi çəkilir. Yəni addımlar atılır. Şəxsən Qarabağda hansı işi versələr gedib işləyərəm. Lap Xankəndində. Mən ən pis vaxtlarda 3 il Xankəndində işləmişəm və oranı yaxşı tanıyıram. Cənab prezident müraciət etsə ki, işləmək üçün Qarabağa mütəxəssis lazımdır. Mən hazır. Universitetlər açılarsa dərs deyərəm. Gömrük idarəsi açılarsa orada da çalışa bilərəm. Kənd təəssərüfatı işi olsa onunla məşğul olaram. Yəni bildiyim sahələrin hər birinə girişər, Qarabağda vəziyyətin normallaşmasına xidmət edə bilərəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru