Elçin Şıxlı: "Əli Həsənov tərəfindən dağıdılmış strukturu qələbədən sonra bərpa etməliyik"

3-11-2020, 11:12           
Elçin Şıxlı:
“Əli Həsənov tərəfindən məhv edilmiş və dağıdılmış strukturu qələbədən sonra bərpa etməliyik”.

Bu fikirləri Azərbaycana gələn xarici jurnalistlərin təxribatçı suallarını KONKRET.az-a şərh edən Ayna-Zerkalo nəşrinin baş redaktoru Elçin Şıxlı bildirib.

Elçin Şıxlı qeyd edib ki, Azərbaycana gələn jurnalistlərin bir çoxu ölkəmizi tanımırlar: “İndiki vəziyyəti də nəzərə alsaq, xarici jurnalistlərin erməni dostları çoxdur, düşmən ölkənin lobbisi çox güclü işləyir. Təbii ki, jurnalistlər buraya gəlməzdən öncə erməni dostlarından soruşur. Məsələn, Fransada 15 azərbaycanlı varsa 150 erməni var. Hansısa bir fransız buraya gəlirsə, onun bir tanışı ermənidir. Jurnalistlərin də yəqin ki, erməni dostları daha çox olur. Onlar həmin dostlarından münaqişə ilə bağlı soruşduqda təbii ki, birtərəfli məlumat alır. Ermənilər təbii ki, öz mövqeyindən çıxış edərək bildirirlər ki, onlar müsəlmandılar, baş kəsəndilər, vəhşidilər və cəngəlikdən təzə çıxıblar. O, da gəlib axmaq-axmaq sual verir və bildirir ki, Qarabağ sizin üçün nədir? Doğrudur, Cənab Prezident jurnalistin cavabını layiqincə verdi. Amma bu məsələnin kökü odur ki, bundan əvvəl ictimai-siyasi, media strukturu ilə məşğul olan Əli Həsənov burada böyük ofisi olan BBC-nin və digər mətbuat KİV-ni böyük biabırçılıqla ölkədən qovdu. Həmin dünyaca məşhur KİV-nin Azərbaycanda heç bir nümayəndəsi yoxdur. Sadəcə bir azərbaycanlı var. O da bir neçə mətbuata işləyir. Bu da iş deyil. Amma burada amerikalı 1 il işləyəndə Azərbaycanı tanıyır, hiss edir, ən önəmlisi isə dostları olur. O, Gəncədə partlayış olanda da Gəncəyə gedir və bu alçaq terroru pisləyir. Daha ona izah etmək lazım olmur ki, Qarabağ bizim üçün nədir. Bizim problemimiz bundadır. Əli Həsənov tərəfindən məhv edilmiş və dağıdılmış strukturu qələbədən sonra bərpa etməliyik. Bizim informasiya savaşında ön cəbhədə döyüşən Ali Baş Komandandır. Əslində bizdə bununla bağlı struktur olmalıydı ki, Azərbaycan Prezidenti spiker rolunu oynamasın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.