Qondarma "Dağlıq Qarabağ Respublikasının" 9 yüksək rütbəli məmurları vəzifələrindən azad edilib və onlara cinayət işi açılıb

3-11-2020, 21:53           
Qondarma "Dağlıq Qarabağ Respublikasının" 9  yüksək rütbəli məmurları vəzifələrindən azad edilib və onlara cinayət işi açılıb
Armeniatoday.news yazır ki, qondarma "Dağlıq Qarabağ Respublikasının" 9 yüksək rütbəli məmurları vəzifələrindən azad edilib və onlara cinayət işi açılıb. Siyahı belədir:
Teref.az xəbər verir ki, bunu ADR partiyasının sədri Qubad İbadoğlu yazır. Daha sonra Qubad bəy davam edir:
 "Prezident"in köməkçisi Rudik Martirosyan,
 "Baş prokuror"un müavini Eric Verdian və Sasun Gabrielyan,
 "Dövlət şurası"nın üzvü Armen Soghomonyan,
 "Mərkəzi Seçki Komissiyası"nın üzvü Yegişe Arzumanyan,
 "Əmək, Sosial və Mənzil İşləri naziri"nin birinci müavini Arkadi Sogomonyan
 "Şəhərsalma naziri"nin müavini David Avanesyan,
 "Təhsil, Elm və Mədəniyyət Nazirliyi"nin Aparatının rəhbəri Erik Grigoryan,
 "Dövlət Gəlirləri Komitəsi"nin başçısı vəzifəsini icra edən Gagik Ayrapetyan,
 "Prezident Aparatının işlər idarəsi"nin rəis müavinin köməkçisi Artak Arustamyan.
Baxmayaraq ki, müharibənin ilk günlərində Qarabağı tərk edən bəzi dövlət məmurları ilə əlaqədar müvafiq qərarlar veriləcəyini bildirilmişdi.
P.S. Qarabağı tərk edən bu "rəhbər vəzifəli" şəxslər barədə məlumatın indi açıqlanması təsadüfi deyil, görünür ki, onlar bunula hazırda Ermənistana olan axının qarşısını almaq istəyirlər.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.