Amma icraçı direktor yüksək gəlir verən obyekti nədən satdıqlarına izahat verməyib

4-11-2020, 08:19           
Amma icraçı direktor yüksək gəlir verən obyekti nədən satdıqlarına izahat verməyib
Qarabağ mövzusuna aidiyyatı olmasa da bilməyinizi vacib hesab etdiyimdən yazıram.
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) 2014-cü ildə 447 milyon dollara aldığı Seul şəhərinin mərkəzi-biznes ərazisində yerləşən 25 mərtəbəli, ofis tipli Payn Avenyu A Qülləsini 6 il 6 aydan sonra 13,5 milyon dollar bahasına 460,5 milyon dollara satdığı barədə bugün açıqlama yayıb.
Teref.az xəbər verir ki, bunu ADR sədri, iqtisadçı Qubad İbadoğlu yazır. Daha sonra qeyd etdiyi faktla bağlı məsələləri izah edən Qubad bəy yazır:
Bu açıqlamanı şərh edən ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov deyib ki, 2014-cü ilin mart ayında 470 milyard Koreya vonu ödəməklə satın alınmış ofis binasının icarə üzrə gəlirliliyi 31,4%, qiymət artımından gəlirliliyi 4,8% olmaqla ümumi gəlirlilik 36,2% təşkil edib.
Görsənir ki, ötən dövr ərzində bu əmlakdan gəlirlik səviyyəsi yüksək olub. Amma icraçı direktor yüksək gəlir verən obyekti nədən satdıqlarına izahat verməyib. Məsələ burasındadır ki, rəsmi açıqlamalara görə, hazırda satılan əmlakın gəlirliyi ötən il satılan Milandakı əmlakla müqayisədə 5 dəfədən də çoxdur. Əslində COVİD-19-a görə əmlak portfelinin gəlirliliyi aşağı düşməlidir.
Əgər belə gözləntilər varsa onda nədən Cənubi Koreyada gəlirlik səviyyəsi yüksək olan əmlak satışa çıxarılıb, amma Moskvada, Tokyoda və Londonda ziyanla işləyən əmlaklarla bağlı eyni qərar qəbul edilmir.
Məlumat üçün qeyd edim ki, bu satışa qədər ARDNF-nin aktivlərinin 6 faizi əmlaka yatırılmışdı, halbuki, investisiya siyasətinə görə, əmlak portfelinin hədəfi 10 faiz müəyyənləşdiriılib.
Yeri gəlmişkən bu fürsətdən istifadə edib onu da bildirim ki, Milli Məclis də oktyabrın 15-dən başlamalı olan 2021-ci ilin büdcə layihəsinin müzakirəsini ləngidir. Hesab edirəm ki, iqtisadiyyat və Qarabağ üçün çox vacib olan büdcə müzakirəsi müharibə bəhanəsi ilə ləngidilməməlidir.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.