Bu dəqiqəyə qədər- Atəş altından Səxavət Məmməd yazır...

5-11-2020, 07:30           
Bu dəqiqəyə qədər- Atəş altından Səxavət Məmməd yazır...
Bu gün erməni tərəfi Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının yaşayış məntəqələrinə artilleriya və raketlərdən zərbələr endiriblər. Adı çəkilən rayonların hər birində oldum. Tərtər ərazisinə hətta fosforlu raket də atıblar. Bir istiqamətə təminat yollarına nəzarəti itirməkləri öz nəticəsini verir. Belləri demək olar qırılıb. Nə yanacaq gəlir, nə ərzaq, nə də dəstəyə əsgər. Görünən odur ki, rabitəsizlik də var. Koordinatları da hara gəldi atmaqdır.
Cənub öz işindədir, bundan əlavə digər istiqamətlərdə də laxladılıblar.
Bu gün hərbçilərimizlə görüşüb, söhbət edə bildik. Əziyyət çəksələr də, deyib gülürlər. İnformasiya qıtlıqlarını da tamin edirik. Qarşı tərəfin texnikalarının və canlı qüvvələrinin vurulma videolarını göstərəndə, lap başqa cür köklənirlər döyüşlərə.
Diqqətimi çəkən başqa bir məsələ də oldu. İşğal altında olan rayonlardan olan hüquq mühafizə orqanlarının əməkdaşları ərizə ilə öz rayonlarında işləmək üçün müraciət edirlər. Bir neçəsini şəxsən tanıyıram. Hansı rayonlar olduğunu da yazmayım. Sonra sual veriləcək ki, ora alınıb?
Burda həqiqətən qəhrəmanlıq səlnamələri yazılır. Hər qarış uğrunda qan tökülür, tər axıdılır.
Qondarma rejim rəsmi olaraq İrəvana köçüb. O Qondarma sözünün əvvəlinə "virtual" yazılmasına da #BirŞeyQalmayıb












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.