Milli Məclis bu günə iclas ÇAĞIRDI - Prezidentə və xalqa müraciət ediləcək
13-11-2020, 10:28
Milli Məclis bu gün növbəti plenar iclas keçirəcək. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, iclasın gündəliyinə bir məsələ daxildir. Bu, aşağıdakı məsələdir:
- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin müraciəti haqqında.