Vəhşi qəbilənin dövləti olmaz! Qoy cibinə o bayrağı, gir Fransanın tərkibinə!..

21-11-2020, 21:50           
Vəhşi qəbilənin dövləti olmaz! Qoy cibinə o bayrağı, gir Fransanın tərkibinə!..
Fransa rəhbərliyinin (prezident və XİN başçısı), bu ölkədəki erməni lobbisinin çörəyini yeyən türk-islam düşmənlərinin Ermənistan naminə yaxa cırması davam edir. Görəsən, ərazi bütövlüyümüzü bərpa etmək üçün apardığımız qanuni müharibə, qazandığımız halal qələbə nədən Fransanı bunca pəjmürdə edib, qəzəbləndirib? Nə səbəbə bir sıra fransız siyasilər nəfəsi belə yalandan gedib-gələn ermənilərin çörəyinin üstünə həvəslə yağ sürtürlər?

Erməni təbliğatımı? Sözsüz. Xristian təəssübkeşliyimi? Əlbət, bu da var. İslamofobiya? Bişəkk, onsuz olmaz. Fransa son illər onun başında gedir və faktiki islamın, onun peyğəmbərinin (s) vaxtaşırı təhqir edildiyi dünyanın bədnam mərkəzinə çevrilib.

Daha bir səbəb Türkiyənin, türkün dünyadakı böyük uğurlarını, güclənməsini və xeyli qabağa getməsini sindirə bilməmək, anti-Ərdoğan isteriyası ilə bağlıdır. Xislətdən mənbə götürən erməni xəbisliyi, ermənilərin başqasının arxasında gizlənib daş atmaq hobbisi də öz yerində.
Əslində yaxın və orta tarixi müsəlman xalqlara qarşı soyqırım cinayətləri ilə zəngin olan Fransanın faşist Ermənistanına, onun nasist əlaltısı Njdeyə pərəstiş edən indiki rəhbərliyinə qahmar çıxması zərrəcə təəccüblü deyil. Su-çuxur məsələsi yəni. Namərd, çörəyi dizi üstdə olan nankor erməniləri baş tacı edənlər isə elə onların tayıdır...

Diqqət edin, SSSR-ni çöküşü ilə bütün respublikalar Ermənistan xaric, pis-yaxşı öz müstəqilliklərini təmin, Azərbaycan və Gürcüstan İsə bərpa edib. Ermənistandan savayı. Hansı ki, sovet dövründə də mərkəzin dotasiyası hesabına mövcud idi, indi də Moskvanın hesabına bölgədə parazitlik edir, ondan üzülüşə bilmir, Rusiyanın ucqar geosiyasi uzantısına çevrilib.
Çünki bir yandan, o, suveren və müstəqil dövlətin təşəkkülü üçün yetərli resurslara malik deyildisə, digər yandan, erməni toplumunun ənənəvi xisləti, qonşulara qarşı tarixdən qaynaqlanan xəbisliyi və əsassız torpaq iddiası, böyük güclərin əlində maşa olmaq vərdişi imkan vermədi. Təsadüfi deyil ki, yenə məhz Ermənistan postsovet ölkələri arasında yeganə “dövlət”dir ki, onun xarici sərhədlərini rus əsgərləri, FSB (FTX) qoruyur.

Hərçənd Ermənistan və onun cəmiyyəti istənilən an Rusiyanı da sata bilər, yetər ki, daha güclü, daha imkanlı bir ağa, sahib tapsınlar. Məsələn, Fransa timsalında. Bunu Moskvanın hakimiyyət dəhlizlərində də bilirlər. Həmçinin Rusiyanın siyasi elitası, ekspert camiyəsi “sorosçu” Nikol Paşinyanın son iki il yarımda çıxardığı hoqqalardan yaxşı xəbərdardır.

“Ermənistan tarixən Rusiyaya bağlı olub. Lakin bu əlaqələr həmişə hamar olmayıb. Bəzi mərhələlərdə Ermənistan Rusiya himayəsinə nail olub, bəzilərində xəyanətə yuvarlanıb. Bu səbəbdən demək olmaz ki, Ermənistan Rusiya yönlü ölkədir”. Bu sözlər Moskvadakı siyasi Texnologiyalar Mərkəzinin direktor müavini Aleksey Makarkinə məxsusdur.

44 günlük müharibədə hamı bunun bir daha əyani şahidi oldu. Demək olar, yaxasını cıran erməni qalmadı desin ki, “Rusiya bizi satdı, niyə Ermənistana kömək etmir” – halbuki Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini heç kim pozmamışdı. Bunu Putin müharibə boyu və ondan sonra dönə-dönə dilə gətirdi.

Amma kimə deyirsən? Ermənilər qatığın qara rəngdə olduğunu dünyaya, Kremlə, Putinə isbatlamaq üçün dəridən-qabıqdan çıxmağa davam etdilər. Erməni blogerlərdən biri isə həyasızcasına, rus xalqına hədyanla hətta belə bir status paylaşmışdı: “Ruslar onsuz da çoxdur, gəlib Dağlıq Qarabağda bir qisminin qırılması ilə onların sayı azalmaz. Sonra yenə çoxalarlar. Əsas odur ki, qədim və azsaylı bir xalq xilas olsun (erməniləri nəzərdə tutur – Z.S.)”.

Bunun ardınca nə söyləyəsən?
“Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa”.
Bu sitat Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin xalqa 20 noyabr müraciətindəndir.

Gerçəkdən də sanki bütün bəşəriyyət bu “ulu, mədəni, sivil xalq”a borcludur. Amma bu “qədim, mədəni, sivil xalq” işğal altındakı ərazilərimizdə 27-30 il ərzində hansı hansı rəzilliklər edib, hansı vandallıqlar və alçaqlıqlara imza atıb, gəlib görmək üçün iki göz istəyir. Azərbaycan prezidentinin söylədiyi kimi, sanki torpaqlarımızdan vəhşi bir qəbilə keçib. Biz hələ Xocalı soyqırımını, bu “mədəni xalq”ın 100 il öncə törətdiyi digər soyqırım aktlarını demirik.

Vəhşi qəbilələrin isə dövləti olmaz! Onlar nə bilir dövlətçilik nədir, bəşəri dəyərlər nə olan şeydir. Odur ki, Paşinyan, nə qədər gec deyil, o bayraq adlandırdığınız əski parçasını bük, qoy cibinə, get Fransanın tərkibində anklav kimi yaşa. Sonra da qardaşın Makronla nə qədər istəyirsən rəqs elə! Əgər kapitulyasiyadan sonra da qola götürə bilərsənsə...

musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.