Hücumda olan qoşunun AXSAQ ƏSGƏRLƏRİ... - Onları dəyişmək olmazmı?

23-01-2021, 10:36           
Hücumda olan qoşunun AXSAQ ƏSGƏRLƏRİ... - Onları dəyişmək olmazmı?
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və milli maraqlara xidmət edən Azərbaycanın xarici siyasət strategiyasının necə möhkəm özüllər üzərində qurulduğunun 44 günlük Vətən müharibəsində hamımız şahidi olduq.

Cənab prezidentin dəmir məntiqi və fövqəladə diplomatik qabiliyyəti düşmənin illərlə formalaşdırdığı təbliğat mifini darmadağın etdi. Xarici İşlər Naziri olaraq müharibə və ondan sonrakı dönəmdə fəaliyyətiniz hamı tərəfindən yüksək səviyyədə qəbul ediıir. Nəzərə alsaq ki, nazir kimi fəaliyyətinizin ilk vaxtları məhz belə çətin və məsuliyyətli dövrə təsadüf etdi və siz bu böyük vəzifənin öhdəsindən uğurla gəldiniz.
Bu gün xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür. Hərbi uğurlarımızın diplomatik sferada davamlılığını təmin etmək üçün səfirliklər daha gərgin işləməli,düşmən təbliğatını alt-üst etməlidirlər. Amma məsələyə daha yaxından nəzər yetirdikdə bəzi hallarda bunun əksinin şahidi oluruq. Belə ki, xarici dövlətlərdə ölkəmizi təmsil edən diplomatların bəziləri özlərini biznesmen, iş adamı kimi aparır, ölkənin maraqlarından daha çox şəxsi maraqlarını təmin edirlər. Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusunun fəaliyyətini Xarici İşlər Nazirlyinin fəaliyyəti kimi qiymətləndirmək olar. Sirr deyil ki, əksəriyyətinin başı öz şəxsi işlərinə və bizneslərinə qarışıb. Səfirlər nəinki diaspora ilə işləmirlər, hətta təqimat aldıqları ölkələrin ictimai-siyasi həyatından da kənarda qalırlar.
Diplomatik korpusun fəaliyyətində olan boşluqlar barəsində cənab Prezident tənqidi fikirlərini ötən il bildirmişdi. Diplomatik korpusun yarıtmaz fəaliyyətiylə bağlı danışarkən ölkə başçısı bildirmişdi ki, Azərbaycan XİN-nin bu zamanadək sərgilədiyi mövqe “kiminsə xoşuna gəlmək” məqsədi daşıyıb: “Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır”.
Vətən müharibəsinin gedişində bir daha hansı ölkələrdə diplomatik korpusun fəaliyyətinin güclü və ya zəif olduğu üzə çıxdı. Müharibə dövründə aydın oldu ki, Almaniyada ictimai abu-hava da açıq-aşkar Azərbaycanımızın əleyhinədir. Azərbaycanımızın haqq səsi bu ölkədə, demək olar ki, heç eşidilmir. Müharibənin ilk günündən etibarən alman mətbuatı fasiləsiz şəkildə açıq-aşkar Ermənistanın tərəfini saxlayır, ermənilərin təbliğat ruporu rolunu oynayır. Belə acınacaqlı vəziyyət hələ də davam etməkdədir, anti-Azərbaycan eyforiya günü-gündən qızışmaqdadır. Bu ölkədə fəaliyyət göstərən erməni səfir Azərbaycan və Türkiyə əleyhinə aktiv təbliğat apardığı halda bunu Azərbaycanın səfiri Ramin Həsənov haqda demək mümkün deyildir. Erməni həmkarı ilə müqayisədə Ramin Həsənov aciz, fəaliyyətsiz və iştiraksızdır, sanki ətrafda baş verənlərin ona heç bir aidiyyəti yoxmuş... kiçik və tək-seyrək müsahibələrdən savayı, gözə çarpacaq bir faəliyyət müşahidə edilmir. Səfirliyimizin yarıtmaz fəaliyyətini görməmək mümkün deyildir.
Səfir cənabları aidiyyəti üzrə alman ictimaiyyəti və mətbuatı ilə iş aparmaq əvəzinə, özünün yarıtmazlığını ört-basdır etmək məqsədi ilə Azərbaycan mətbuatında Almaniya-Azərbaycan münasibətlərinə dair yalan və şişirdilmiş məlumatlar yayamaqla məşğuldur. Ən dəhşətlisi isə odur ki, səfirlikdə işləyənlərin böyük əksəriyyəti heç alman dilini də bilmir. Almaniyada fəaliyyət göstərən( əslində göstərməyən) səfirliyimizin əməlləri ilə yəqin ki, ciddi şəkildə maraqlanacaqsınız.
Eyni vəziyyət Azərbaycanın Ukraynadakı səfirliyində də hökm sürür. Ölkəmizi təmsil edən Elmira Axundova səfir kimi fəaliyyətinin ilk günlərindəncə dost ölkədə heç də müsbət imic formalaşdıra bilmədi. Vəzifəyə başlar-başlamaz “1 milyon rüşvət” qalmaqalı ilə diqqətləri üzərinə çəkən E. Axundova Ukraynada daha çox biznes maraqlarının təmin olunması ilə məşğuldur. Azərbaycana qarşı dost münasibət bəsləyən Ukrayna cəmiyyətində səfirliyimizin uğursuz fəaliyyəti nəticəsində xoş olmayan vəziyyət yaranıb. Hesab edirik ki, E.Axundovanın fəaliyyəti araşdırılmalı, ciddi tədbirlər görülməlidir. Onun yarıtmaz fəaliyyəti ölkəmizin beynəlxalq imicinə vurulan zərbədir.
Cənab nazir! Bu gün diplomatik korpusun üzərinə daha böyük yük düşür. Uğurlu Vətən müharibəsindən sonra ölkəmizə qarşı güclənən beynəlxallq basqıların azaldılmasında bunun böyük rolu vardır. İnanırıq ki, öz şəxsi maraqlarını milli maraqlardan üstün tutan diplomatlara qarşı qəti tədbirlər görəcək, onların ölkəmizin adına xələl gətirməsinə yol verməyəcəksiniz.
Rubrika.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.