Ramiz Mehdiyev Əli Həsənova deyil, ona vəzifə verdi

27-01-2021, 05:07           
Ramiz Mehdiyev Əli Həsənova deyil, ona vəzifə verdi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutuna direktor təyinatı olub.

Teref.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə professor Kərim Şükürov təyin olunub.

1956-cı il təvəllüdlü K.Şükürov eyni zamanda institutun Azərbaycanın tarixi demoqrafiyası şöbəsinin müdiridir. Məlumata görə, K.Şükürov direktor vəzifəsi ilə yanaşı, şöbə müdiri kimi də fəaliyyətini davam etdirəcək.

Xatırladaq: Bundan əvvəl Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov olub. Y.Mahmudov bir neçə gün öncə institutun direktoru vəzifəsindən azad edilərək AMEA prezidentinin müşaviri təyin edilib.

Qeyd: Bu vəzifəyə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun təyin ediləcəyi iddia olunurdu.pravda.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru