Böyük M.Ə.Rəsulzadənin doğum günüdür..

31-01-2021, 07:34           
Böyük M.Ə.Rəsulzadənin doğum günüdür..
Bu gün sultan günlərimizdən birinin "Əsrimizin Səyavuşu"nun böyük M.Ə.Rəsulzadənin doğum günüdür...
M.Ə.Rəsulzadə o şəxslərdəndir ki, Vətən ona borclu qalıb ...
Rəsulzadə o şəxslərdəndir ki ,keçən nəsillər ,indiki nəsillər və gələcək bütün nəsillər ona borclu qalacaq...
...Cəmiyyət yoxdur...Hərdən düşünürəm ki, belə olan halda nə xalq var ,nə də millət var ...(( Tarixi yaradan ,heç yerdən dövlət yaradan Şəxs və Şəxsiyyətlər var ! O şəxs və şəxsiyyətlər ki, öz həyatları ilə milləti, xalqı tanıdır, yaşadır..!
Axı nə edə bildik Ona görə ?! Nə məzarını Vətənə gətirə bildik, nə abidəsini Bakıda ucalda bildik...( Emalatxanada saxlamışıq abidəsini (( Biz hələ indi -indi onun ev muzeyini yaratmaq üçün çalışırıq ((Bir az da kitablar ...
Həqiqət budur ki, M.Ə.Rəsulzadənin dediklərini,Qaspıralının " "Dildə, fikirdə, əməldə birlik!"fikirini düstur kimi qəbul etsəydik nə torpaqlarımız işğal olunardı ,nə də Heydər Əliyev rejimi hakimiyyətdə olardı,nə də rus sülhməramlıları Qarabağda at oynadardı...
Bu üzdən 1988-ci ildə M.Ə.Rəsulzadə kimi insanın olmaması üzündən sonrakı bəlalar başımıza gəldi ..
Bu üzdən 1988-ci ildən bəri biz gənclik içərisində M.Ə.Rəsulzadənin Səyavuşu axtarışındayıq ...
Axtarmayın .Çünki Məhəmməd Əmin Rəsulzadə xilaskar Səyavuşu bizim hər birimizdə görürdü və görür Bunu onun gəncliyə xitabında da görmək olar Bir daha tanış olaq.
"Ey gənclik!
Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!
Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz!
Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu.
O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: "Irəli, irəli Azərbaycan əsgəri" - deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi.
Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan."
Allah Rəhmət Eləsin!!
Baba Allahnəzərov













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.