Tarixdə bu gün...

31-01-2021, 07:59           
Tarixdə bu gün...
30 yanvar 1806-cı il...
Knyaz Sisianov 1663 nəfər nəfərlik piyada qoşunu və 10 top ilə Bakıya çatır.
O, Naxər bulağı yaxınlığında (sonralar Petrapet – indiki Fəvvarələr meydanı) düşərgə salır...

30 yanvar 1919-cu il...
Erməni silahlı dəstələri Kəvər mahalının Bığlı, Əfəndi, Hacı, Muğan, Əyrivənd, Ağzıbir kənlərinə hücum edir.
Didərgin düşən əhali Ağmandan dağının yuxarı hissəsində mühasirədə saxlanılır, nəticə 3000 sakin donaraq məhv olur.
Hücum zamanı ermənilər Əfəndi kənd sakini İbrahim Hacıhüseynoğlunun gözləri çıxardandan sonra onu diri-diri yandırırlar...

30 yanvar 1919-cu il...
“10-lar Şurası”-nın iclasında ABŞ prezidenti V.Vilsonun təklifi ilə qərara alınır ki, fevralın 28-də ermənilər “10-lar Şurası”nın iclasında “dənizdən dənizə Böyük Ermənistan yaratmaq” proqramı ilə çıxış etsinlər. ABŞ prezidenti V.Vilson bütün Sülh konfransı boyu ermənilərin müdafiəçisi kimi çıxış edir...

30 yanvar 1920-ci il...
Erməni terrorçuları Uluxanlı dəmiryol stansiyasında azərbaycanlı qaçqınları daşıyan qatara hücum edirlər.
1 nəfər qətlə yetirilir, 12 nəfər girov götürülür, 85 nəfər isə qarət olunur.

30 yanvar 1990-ci il...
1947-ci ildə Gədəbəy rayonunun İsalı kəndində doğulan Əkbər Məmməd oğlu Qurbanov öz maşınında 6 nəfər Gədəbəy rayon sakini olan rabitə işçiləri (1936-cı ildə Mutudərə kəndində doğulmuş Əsgər Xəlil oğlu Cəlilov, 1938-ci ildə Cücənli kəndində doğulmuş Arif İslam oğlu Zeynalov, 1961-ci ildə Fərzalı kəndində doğulmuş Məhər Seyfulla oğlu Vəliyev, 15 oktyabr 1953-cü ildə İsalı kəndində doğulan İbrahim Rəsul oğlu Hüseynov, 1946-cı ildə Fərzalı kəndində doğulmuş Fərhad Məhəmməd oğlu Mirzəliyev, 1915-ci ildə Göyəlli kəndində anadan olan Hüseyn Səməd oğlu Cəfərov) ilə rayon mərkəzi bankından təqaüdçülərin pulunu alıb, geri qayıdarkən Şınıx bölgəsində, könhə Başkənd yaşayış məntəqəsi yaxınlığında əlisilahlı erməni terrorçularının qəfil hücumuna məruz qalır.
Hücum nəticəsində Əkbər Qurbanov, Əsgər Cəlilov, Arif Zeynalov, Məhər Vəliyev, İbrahim Hüseynov, Fərhad Mirzəyev ermənilər tərəfindən vəhşicəsinə öldürülür. Hüseyn Cəfərov itkin düşür.
Cəsədlər eybəcər hala salınmış vəziyyətdə tapılır.

30 yanvar 1992-ci il...
Goranboy rayonunun Şəfəq kəndi ermənilər tərəfindən atəşə tutulur. 1 nəfər yaralanır.

30 yanvar 1992-ci il...
“Mİ-8” həörbi vertolyotundan Xocalı-Şuşa istiqamətindəki yaşayış məntəqələrinə üstündə “Böyük Ermənistan” xəritəsi cızılmış vərəqələr atılır...

30 yanvar 1992-ci il...
Erməni yaraqlıları Ağdam rayonunun Papravənd kəndinə silahlı basqın edirlər.

30 yanvar 1992-ci il...
Azərbaycan Respublikası Ali Soveti Dağlıq Qarabağ üzrə hərbi qərargah yaradır və onun rəisi Rəhim Qazıyev seçilir...

30 yanvar 1992-ci il...
Azərbaycan və Ermənistan eyni vaxtda ATƏM (ATƏT) üzvlüyünə qəbul edilir. ATƏM Dağlıq Qarabağ məsələsində vasitəçiliyi öz öhdəsinə götürür...
07:57

Cemil отправил(-а) Сегодня в 07:57
31 yanvar 1902-ci il...
Şamaxıda çoxlu dağıntılarla nəticələnən güclü, dağıdıcı zəlzələ baş verir.
Minlərlə adam həlak olur.

31 yanvar 1905-ci il...
Erməni yaraqlıları Cavanşir qəzası ərazisindəki Çıraqlı və Hacıqərvənd kəndlərində faciə törədirlər. Bu kəndlərdən olan 10 nəfər müsəlman qətlə yetirilir...

31 yanvar 1990-cı il...
İmişli rayonunun ərazisində “BBC” radiokorporasiyasının əməkdaşları, Böyük Britaniya vətəndaşları Bencamin Braun və Pek Rorini SSRİ ərazisində yerdəyişmə qaydalarını və sərhəd zonasında olmaq rejimini pozduqlarına görə yaxalanırlar.
Axtarış zamanı onların üzərindən müxtlif məxfi sənədlər aşkaarlanır və götürülür.

31 yanvar 1990- cı il...
Silahlı ermənilər Gədəbəy rayonunun ərazilərinə hücum edirlər. Gədəbəy bölgəsinə - Şınıx zonasına edilən bu silahlı hücum nəticəsində 6 nəfər azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilirlər.

31 yanvar 1991-ci il...
Dağıstanın Temirtau stansiyası yaxınlığında “Moskva-Bakı” qatarı partladılır. 16 nəfər həlak olur, 20 nəfər yaralanır.

31 yanvar 1992 –ci il...
Ağdam rayonunun Xıdırlı kəndi yaxınlığında Milli Qəhrəman, 28 yaşlı Təbriz Xəlil Rza oğlu Xəlilbəyli və onunla birlikdə Asif Talıbov, Azər Məmmədov, eləcə də Elşad, Tahir, Vüqar adlı bir neçə nəfər erməni yaraqlıları ilə döyüşdə ŞƏHİD olurlar...

31 yanvar 1992-ci il...
Xramort, Fərrux kəndləri istiqamətində döyüş əməliyyatları keçirilir. Fərrux kəndi ermənilərdən azad edilsə də, ciddi itkilər olur.

31 yanvar 1992-ci il...
Erməni yaraqlıları Ağdam rayonunun Şelli, Abdal-Gülablı, Xıdırlı, Cinli, Əliağalı, Əhmədavar kəndlərinə hücum edirlər.
1942-ci ildə Ağdam rayonunun Seyidli kəndində anadan olan Faiq Həşim oğlu Həşimov, eləcə də Xankişi Cəfərov, Azər Abbasov, Mübariz Cəfərov, Eldar Həsənov həlak olurlar.
53 nəfər yaralanır.

31 yanvar 1994-cü il...
Bərdə rayon icra hakimiyyətinin nümayəndələri gecə döyüş bölgəsindən qayıdarkən erməni snayperlərinin pusqusuna düşürlər. Düşmənin aramsız atəşləri nəticəsində “NİVA” markalı maşın dəlik-deşik olaraq yararsız hala düşür.
Cəmil Məmmədli












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.