17 şəhidin məzarı Şəhidlər Xiyabanına köçürüldü

31-01-2021, 13:27           
17 şəhidin məzarı Şəhidlər Xiyabanına köçürüldü
Bakıda ümumşəhər qəbristanlığında dəfn edilmiş 18 Vətən müharibəsi şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb.

Reportyor.info mın məlumatına görə, məzar yerinin dəyişdirilməsi ilə bağlı şəhid ailələrinin müraciətləri onların iştirakı ilə ətraflı araşdırılıb, yaranmış problemin optimal həll yolu müəyyən edilib.

Məlumatda bildirilir ki, məsələ ilə bağlı yekun qərarın qəbul edilməsi vaxtının uzanması bir neçə şəhid ailəsinin məzarların yerinin dəyişdirilməsi istəyi, əksər hissənin isə həmin qəbirstanlıqda qalmasına razı olması ilə bağlı olub.

Məzarların köçürülməsi prosesi din xadimlərinin və şəhidlərin yaxınlarının iştirakı ilə icra edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru