Növbəti dəfə hərbi əməliyyatlar başlayacağı təqdirdə döyüşlər Ermənistan ərazisində gedəcək - Deputat

2-02-2021, 07:35           
Növbəti dəfə hərbi əməliyyatlar başlayacağı təqdirdə döyüşlər Ermənistan ərazisində gedəcək - Deputat
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda sülhyaratma missiyasında iştirakı olduqca vacibdir. Münaqişədən sonra təktərəfli sülh missiyası ilə bağlı müəyyən fikirlər vardı. Ona görə də qardaş Türkiyənin Rusiya ilə birlikdə Monitorinq Mərkəzində iştirakı prosesin tənzimlənməsinə mühüm töhfə verəcək. Bütövlükdə Cənubi Qafqazda daimi sülh üçün bu vacib addımdır. Ermənilər Monitorinq Mərkəzi formalaşana qədər səsləndirdikləri fikirlərdə yanıldıqlarının yəqin ki fərqindədirlər.

Bunu Teref.az-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun fikrincə, məhv edilmiş erməni hərbi-siyasi rəhbərliyinin gərginlik yaratmaq və revanşist fikirlərlə bağlı çıxışları əhəmiyyətsizdir:

“Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Laçın dəhlizi, Ağdərə və digər ərazilərlə bağlı olan işlərin daha diqqətlə həll olunmasına imkan yaradacaq”.

Deputat qeyd edib ki, bu gün Ermənistanda olan durum, insanların sosial vəziyyəti olduqca acınacaqlıdır:

“İndiyə kimi pandemiyaya görə Ermənistandan kənara çıxa bilməyən insanlar ilk fürsətdə ölkədən birdəfəlik qaçacaqlar. Köçəryan, Sərkisyan kimi hərbi cinayətkarların, terrorçuların revanşla bağlı ortaya atdıqları fikirlər isə heç bir ciddi əsasa malik deyil. Onların yaddaşında 90-cı illərin əvvələrindəki Azərbaycan qalıb. Amma unurdurlar ki, bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. İndi Azərbaycan 90-cı illərdəki kimi siyasi hərbi çəkişmələr məngənəsində sıxılmır. Real Azərbaycanın gücünü 44 günlük müharibədə ermənilər yaxşı gördülər. Ermənistanda revanşist xülyalarla yaşayanlar Dəmir yumruğun növbəti həmləsini indidən dərk etsinlər. Növbəti dəfə hərbi əməliyyatlar başlayacağı təqdirdə döyüşlər Ermənistan ərazisində gedəcək. Erməni xalqı da çalışmalıdır ki, ağılla, sağlam düşüncə ilə yaxşı yaşamaq uğrunda mübarizə aparsın. Başqa dövlətin torpaqlarına iddia edib, bunun uğrunda xəyal qurmağən onlara hansı müsibətlər yaşatdığını unutmasınlar”.teleqraf












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.