“Rabitə nazirliyində ciddi kadr islahatları aparılır“ - Açıqlama

6-02-2021, 19:05           
“Rabitə nazirliyində ciddi kadr islahatları aparılır“ - Açıqlama
“Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidə (NRYTN) ciddi kadr islahatları aparılır. Yeni nazir təyinatından sonra bunlar gözləniləndir”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.

AİF prezidentinin sözlərinə görə, hazırda bu serktorda həllini gözləyən bir neçə əsas problem var: “Bunlar həll edilmədən İKT sektorunda köklü dəyişikliklər, yeni çağırışlara cavab verən sistem qurmaq mümkünsüzdür.

İlk olaraq dövlət və özəl operator, dövlət və özəl provayder arasındakı ayrı-seçkilik aradan qaldırılmalıdır. Bütün qurumlara dövlətə məxsus rabitə resurslarından bərabər əsaslarla istifadə imkanı yaradılmalıdır. Dövlət operatorlarında korporativ idarəetmə və özəlləşdirməyə start verilməlidir.

Həmçinin dövlətə məxsus bütün rabitə resurslarından, yeraltı kommunikasiyalardan istifadə qaydaları hazırlanmalıdır. Rabitə xidmətlərindən istifadə ilə bağlı nazirliyin özü tərəfindən, bəzən də dövlət operatorlarının özlərinin müəyyən etdiyi ağlasığmaz tariflər yenidən işlənməlidir.

Bundan əlavə, sektorda Müstəqil Tənzimləyici qurum formalaşdırılmalı, kommersiya və tənzimləmə səlahiyyətləri ayrılmalıdır.

Eləcə də “Hər evə keyfiyyətli internet" dövlət proqramı yenidən işlənməlidir. Əhalinin 50%-nın yaşadığı kəndlərin optik və ya LTE texnologiya ilə internet təminatı həll olunmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru