Əkbərovdan sonra Xaqani Cəbrayılov, Mais Bərxudarovun qardaşı...

16-03-2021, 08:34           
Əkbərovdan sonra Xaqani Cəbrayılov, Mais Bərxudarovun qardaşı...
Xəbər verdiyimiz kimi, Milli Qəhrəman, General-leytenant Rövşən Əkbərov saxlanılıb.

Teref.az Yenicag.az-a istinadən xəbər verir ki, dünən saat 18 radələrində Rövşən Əkbərov saxlanılıb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Məlumata görə, Rövşən Əkbərovdan başqa da saxlanılanlar var.

Mənbənin verdiyi xəbərə görə, general-mayor Xəqani Cəbrayılovun da saxlanılacağı deyilir. Bundan əlavə digər korpus komandirlərinin də, istintaqa cəlb ediləcəyi deyilir.

Səbəb kimi isə saxlanılan şəxslərin müharibə dövründə törətdiyi əməllər əsas göstərilir.

Bundan əlavə ikinci ordu korpusu komandiri Mais Bərxudarovun qardaşı barəsində də cinayət işi açılıb. Buna hərbiyə göndərilən yardımların yeyilməsi səbəb kimi göstərilir. Qardaşının əməlinə görə Mais Bərxudarovun da dindirildiyi deyilir.

Əldə etdiyimiz məlumata görə, 112 hərbi hissə komandiri barəsində cinayət işi açılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.