Nyu-Yorkun mərkəzində 3 mənzil alması ilə gündəmə gəlmiş keçmiş səfirə XİN-də vəzifə verilir? - FOTOLAR

24-04-2021, 17:20           
Nyu-Yorkun mərkəzində 3 mənzil alması ilə gündəmə gəlmiş keçmiş səfirə XİN-də vəzifə verilir? - FOTOLAR
"Xanım İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb. Ötən il onun Nyu-Yorkun mərkəzində 3 mənzil alması barəsində yazmışdım. O ərəfədə mətbuatda yayılan xalça qalmaqalını şiddətlə təkzib etsə də, ABŞ-da aldığı mənzillər haqqında susmuşdu. Görünür, o da Elmar Məmmədyarov kimi bu məsələni şəxsi iş hesab etmişdi".

Sfera.az xəbər verir ki, bu fikirləri özünün feysbuk səhifəsində araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

Daha sonra Cavanşir Həsənli qeyd edib:

"Bu ilin əvvəlində mənə çatan məlumata görə, saytlardan özü ilə bağlı məlumatları sildirmək üçün yüksək vəzifəli şəxslərdən birinin adından minnətçilər salmışdı. Ehtimal ki, Xanım İbrahimova yaxın vaxtlarda XİN-də yeni təyinat alacaq".

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru