Fransa həddini aşdı - AMEA isə “xaç atası”nın davamçılarına yaşıl işıq yandırıb - ƏTRAFLI

14-05-2021, 11:13           
Fransa həddini aşdı -
Makronun ermənilərlə genetik qohumluğu varmış

Yə­qin ki, diq­qət­li oxu­cu­lar hə­lə də unut­ma­yıb­lar ki, mər­hum mil­lət və­ki­li, pro­fes­sor Şa­mil Qur­ba­nov “Şi­rak qu­du­rub” de­yən­də, çox­la­rı onu qı­na­dı. Əf­sus­lar ol­sun ki, Şi­rak­dan son­ra ha­ki­miy­yət ba­şı­na gə­lən Sar­ko­zi də döv­lət baş­çı­sı­na ya­raş­ma­yan qey­ri-adi hə­rə­kət­lə­ri və sağ­lam dü­şün­cə­yə zidd qə­rar­la­rı ilə dün­ya­nı tə­əc­cüb­lən­dir­məkdə da­vam et­di. Fran­sa­nı cırt­dan Er­mə­nis­ta­nın, fran­sız­la­rı isə er­mə­ni­lə­rin quy­ru­ğu­na bağ­la­maq­la Fran­sa ki­mi qüd­rət­li və ki­fa­yət qə­dər zən­gin de­mok­ra­tik ənə­nə­lə­rə ma­lik bir döv­lə­ti rüs­vay et­mə­si Sar­ko­zi­nin o vax­ta­dək bəl­li ol­du­ğun­dan da sə­viy­yə­siz və tə­sa­dü­fi bir si­ya­sət­çi ol­du­ğu­nu gös­tər­di. Əf­sus­lar ol­sun ki, Şi­rak və Sar­ko­zi­nin nü­ma­yiş et­dir­miş ol­du­ğu er­mə­ni sev­da­sı ilə do­lu ri­ya­kar si­ya­sə­ti in­di də Ema­nu­el Mak­ron və onun komandası da­vam et­di­mək­də­dir.

Təsəvvür edin, Mak­ro­n deyir ki, “er­mə­ni­lər Fran­sa ta­ri­xi­nin bir his­sə­si­dir və onun fəx­ri­dir… Er­mə­nis­tan bi­zim üçün çox əziz­dir. Er­mə­ni­lər Fran­sa ta­ri­xi­ni ya­ra­dıb­lar (On­da, gö­rə­sən, fran­sız xal­qı ha­ra­da imi­ş – Q.C.), biz de­mək olar ki, ya­rım­həm­yer­li­lə­rik. Er­mə­ni­lər bi­zim ta­ri­xi­mi­zin bir his­sə­si və fəxr pred­me­ti­dir”. Bu söz­lə­ri Makronun sanki onu prezident eləyən fransız xalqından daha çox ermənilər qarşısında öhdəliyi olduğundan xəbər verir. Görün, o, dün­ya mə­də­niy­yə­ti­nə çox mü­hüm töh­fə­lər ver­miş bir xal­qı kim­lə­rin quy­ru­ğu­na bağ­la­yır?! Pre­zi­den­ti belə iş­ğal­çı öl­kə­yə, ter­ro­ru döv­lət si­ya­sə­ti sə­viy­yə­si­nə çat­dı­ran və za­man-za­man ona-bu­na gah quy­ruq, gah da bu­fer olan cırtdan bir döv­lət­ciyə aşiq ol­du­ğu­nu açıq-aş­kar bə­yan edən Fran­sa 29 ildir ki, han­sı üz­lə və han­sı mən­tiq­lə ATƏT-in Minsk qru­pu­nun üz­vü mandatını daşıyır?! Bu illər ərzində Dağ­lıq Qa­ra­bağ mə­sə­lə­si­nə da­ir da­nı­şıq­lar­da Fransa hər zaman qatı ermənipərəst mövqe sərgilədi. Bu­nu Azər­bay­can­da da, Azərbaycandan kə­nar­da da hər kəs çox yax­şı bi­lir. Am­ma sa­də­cə dip­lo­ma­ti­ya eti­ka­sı bi­zə ma­ne olub ki, qar­şı tə­rə­fin qey­ri-sə­mi­mi və ri­ya­kar ol­du­ğu­nu qıp­qır­mı­zı onun üzü­nə de­yək. Bir də ki, iki­li stan­dart­la­rın tüğ­yan et­di­yi bir dün­ya­da kim­lə­rin­sə qey­ri-sə­mi­mi və iki­üz­lü ol­du­ğu­nu de­sək, nə də­yi­şə­cə­kdi?! Hər kəsə gün kimi aydındır ki, Fran­sa rəs­mi­lə­ri, Fran­sa par­la­men­ta­ri­lə­ri, lap elə prezident Mak­ron əvvəldən axıradək Qa­ra­bağ­da nə­lər baş ver­di­yi­ni çox gö­zəl bi­lirdi­lər. On­lar Da­şal­tı, Qa­ra­kənd və Xo­ca­lı fa­ciə­lə­rin­dən də xə­bər­siz de­yildi­lər. Am­ma bu­nun­la be­lə, hər yer­də, özü də bü­tün sə­viy­yə­lər­də tə­ca­vüz­kar Er­mə­nis­ta­nı mü­da­fiə edir­dilər. Bu isə si­ma­sız­lı­ğın döv­lət sə­viy­yə­sin­də nü­ma­yi­şi­dir.Təmkinli və uzaqgörən siyasətin uğurlu yekunu

İkinci Qarabağ müharibəsinin gedişi dövründə başda prezident Makron olmaqla Fransa rəsmlərinin münaqişənin tənzimlənməsinə xidmət etməli olan həmsədr ölkəyə əsla yaraşmayan aşkar birtərəfli ermənipərəst mövqeydən çıxış etməsi ilə artıq bütün maskalar yırtılmış oldu. Müəzəffər Azərbaycan ordusunun zəfər yürüşünün qarşısını almaq naminə prezident Makron və onun əsabələri nələr etmədi?! O, ABŞ-ı, NATO-nu, Almaniya və Rusiyanı tərəf kimi konfliktə qoşmaq üçün sözün əsil mənasında dəridən-qabıqdan çıxmaqda idi. Sanki müharibə Fransa ərazisində, yaxud da onun prefektlərindən birinin ərazisində gedirdi. Gecə də, gündüz də, qardaş Türkiyəni, Azərbaycanın böyük dostu sayın cümhur başqanı Rəcəb Tayib Ərdoğanı haqsız olaraq şantaj etdilər.

Qürur hissi ilə deməliyəm ki, 44 günlük Vətən müharibəsi dövründə Fransa rəsmlərinin açıq-aşkar antiazərbaycan ruhlu cəhd və çağrışları Azərbaycan rəsmləri və şəxsən Silahlı Qüvvələrin Ali Baş Komandanı olan cənab Prezident İlham Əliyev tərəfindən emosiyalara qapılmadan, sözün əsil mənasında müdrik dövlət xadiminə yaraşan tərzdə səbrlə, təmkinlə izlənildi, yeri gəldikdə isə olduqca sərt və qətiyyətli mövqe nümayiş etdirildi. Yəni, Azərbaycan Fransanın hər cür cəhd və çabalarına baxmayaraq müharibəni zəfər anınadək uğurla davam etdirdi.

Hərbi əməliyyatların dayandırılmasına dair Azərbaycan-Rusiya-Ermənistan rəhbərlərinin imzaladıqları 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra da Fransa rəsmləri öz çirkin antiazərbyacan mövqelərindən geri çəkilmədilər. Üçtərəfli bəyanat nəticəsində Qarabağda yaranmış vəziyyəti dəyişmək məqsədi ilə yenidən Minsk qrupunu proseslərə qoşmaq çağrışlarına başladılar. 30 il ərzində işğal altında saxlanılan əraziləri viranəyə çevirənləri himayə edənlər Qarabağda erməni-xristian mədəni irs nümunələrinin təhlükə altında qaldığına dair iftira və yalanlar yaymağa başladılar. Bu dərəcədə də simasızlıq və riyakarlıq olar?! Özlərinin əsrlər boyu davam edən işğalçılıq, istilaçılıq planlarını gerçəkləşdirmək naminə nə vaxtadək cırtdan Ermənistandan oyuncaq kimi, alət kimi itisfadə edəcəklər?! Bu minvalla nə vaxtadək erməni xalqını mifik xülyalar əsirinə çevirərək onu sözün əsil mənasında məzlum, ələbaxım və dilənçi vəziyyətində saxlayacaqlar?

Fransa tərəfindən yaxşılığa yamanlıq

Fran­sa rəs­mi­lə­ri­nin, si­ya­sət­çi­lə­ri­nin, gör­kəm­li elm və in­cə­sə­nət xa­dim­lə­ri­nin öz­lə­ri­nin də də­fə­lər­lə eti­raf et­dik­lə­ri ki­mi, nə rəs­mi Fran­sa, nə də fran­sız xal­qı Azər­bay­can­dan və azər­bay­can­lı­lar­dan ta­rix bo­yu heç bir pis­lik gör­mə­yib. Ək­si­nə, Azər­bay­can tə­rə­fi hər za­man Fran­sa­ya və fran­sız­la­ra mü­na­si­bət­də həs­sa­siy­yət, diq­qət, sə­mi­miy­yət və eh­ti­ram sər­gi­lə­yib. Nə ya­zıq ki, Fran­sa tə­rə­fin­dən bun­la­rın heç bi­ri­nin qar­şı­lı­ğı­nı gör­mə­mi­şik. İx­ti­sas­ca ta­rix­çi ol­du­ğu­ma gö­rə, fran­sız­la­rın ta­ri­xi­mi­zə mü­na­si­bə­ti ilə bağ­lı bir fakt üzə­rin­də da­yan­maq is­tər­dim. XIX əs­rin 90-cı il­lə­rin­də mil­liy­yət­cə fran­sız olan ən­tiq əş­ya­lar dəl­la­lı Jak de Mor­qan Azər­bay­ca­nın cə­nub-şərq böl­gə­sin­də “ar­xeo­lo­ji ax­ta­rış­lar” apar­maq adı altında bir çox na­dir abi­də­lə­ri­mi­zi van­dal­ca­sı­na da­ğı­da­raq məhv et­miş, əl­də et­di­yi ta­ri­xi-mə­də­ni də­yər­lə­ri­mi­zi isə Fran­sa mu­zey­lə­ri­nə sat­mış­dır. Han­sı ki, hə­min ta­ri­xi ya­di­gar­lar bu gün də Fran­sa­nın Sen-Jer­men mu­ze­yin­də, di­gər mu­zey və şəx­si kol­lek­si­ya­lar­da “erməni-talış” və ya “er­mə­ni-fars” mad­di-mə­də­niy­yət nü­mu­nə­lə­ri ki­mi mü­ha­fi­zə və təş­viq olun­maq­da­dır. Xa­tır­la­daq ki, o vaxt Azər­bay­can əra­zi­sin­də apar­dı­ğı qa­rət xa­rak­ter­li “ar­xeo­lo­ji ax­ta­rış­lar­dan”xə­bər tu­tan Ru­si­ya İm­pe­ra­tor Ar­xeo­lo­ji Cə­miy­yə­ti Jak de Mor­qa­na öl­kə hü­dud­la­rı da­xi­lin­də qa­zın­tı­lar apar­ma­ğı qa­da­ğan et­miş­dir. Belə olduqda Morqan İran tərəfə keçərək sərhədin o biri tərəfindəki qədim Azərbaycan abidələrini dağıdaraq tapıntıları talan edib. 1919-cu il­də nəşr et­dir­di­yi “Er­mə­ni xal­qı­nın ta­ri­xi” ad­lı sax­ta­kar­lıq­lar­la do­lu ki­ta­bı da Mor­qa­nın er­mə­ni­lə­rin xid­mət­çi­si ol­du­ğu­nun ba­riz gös­tə­ri­ci­si­dir.

J.D.Moqqan – uydurma “erməni soyqırımın” fransalı həmmüəllifi

İstərdim oxucular onu da bilsinlər ki, Morqan türklərin guya 1915-ci ildə erməni soyqırımı törətdiklərinə dair mifi uyduranların “xaç atalarından” biri olub. Bəli, məhz Azərbaycanın tarixi-mədəni irsini vandalcasına dağıdaraq, talan edərək Fransaya aparmış olan o Morqan 1913-1916-cı illərdə ABŞ-ın Türkiyədə səfiri olmuş yəhudi əsilli Henri Morgentau, o dönəmdə alman-erməni cəmiyyətinin sədri olan milliyyətcə alman Lepsius, ingilis-erməni cəmiyyətinin sədri Ceyms Brays, rus yazıçısı Valeri Brusov və başqaları ilə birlikdə uydurma “erməni soyqırımı”nı ilk dəfə gündəmə gətiriblər. Əslində isə tarixdə ermənilərə qarşı belə bir soyqırım hadisəsi olmayıb. Əsil həqiqət ondan ibarətdir ki, I Dünya Müharibəsinin gedişi zamanı Türkiyədə yaşayan ermənilər Rusiya kəşfiyyatına satılmaqla içəridən türklər əleyhinə gizli xəyanətin icraçısına çevriliblər. Bunu bilən Türkiyə hökuməti 1915-ci il mayın 27-də hərbi əməliyyat gedən bölgədə yaşayan erməni əhalini ölkənin digər ərazilərinə keçirmək barədə olan “Təhcir qanunu” qəbul edir. 1 iyun 1915-ci ildən qüvvəyə minən həmin qanun əsasında hərbi əməliyyatlar regionunda yaşayan ermənilər çox mütəşəkkil surətdə cəbhə bölgəsindən nisbətən uzaq olan digər bölgələrə köçürülüb. Göründüyü kimi, bu halda heç bir soyqırımdam söhbət gedə bilməz.

AMEA-dan “xaç atası”nın davamçılarına yaşıl işıq

Qoy, diq­qət­li oxu­cu­lar onu da bil­sin­lər ki, uydurma “ürməni soyqırımı”mifinin “xaç ataları”ndan olan Mor­qa­nın kim­li­yi və Azər­bay­ca­na məx­sus ta­ri­xi-mə­də­ni də­yər­lə­ri da­ğı­dan, məhv edən və nə­ha­yət, mən­su­biy­yə­ti­ni sax­ta­laş­dı­ran qa­tı er­mə­ni­pə­rəst bir “zad” ol­du­ğu el­mi ədə­biy­yat və mət­bu­at va­si­tə­si ilə də­fə­lər­lə if­şa olu­nub. Am­ma nə ya­zıq ki, biz azər­bay­can­lı­lar xə­ya­nət və pis­lik­lə­ri tez unu­du­ruq. Əgər be­lə ol­ma­say­dı “Jak de Mor­qa­nın el­mi ir­si­nin öy­rə­nil­mə­si” la­yi­hə­si adı al­tın­da 2012-2017-ci il­lər­də Le­rik ra­yo­nu əra­zi­sin­də fran­sız və iran­lı “mü­tə­xəs­sis­lər” tə­rə­fin­dən ar­xeo­lo­ji ax­ta­rış­lar apa­rıl­ma­sı­na ica­zə ve­ril­məz­di.

Axı, J.Mor­qa­nın bir za­man­lar ta­ri­xi-ar­xeo­lo­ji abi­də­lə­ri­mi­zi van­dal­ca­sı­na da­ğı­da­raq məhv et­di­yi­ni, aş­kar et­di­yi mad­di mə­də­ni də­yər­lə­rin mən­su­biy­yə­ti­ni sax­ta­laş­dır­maq­la on­la­rı al­ver pred­me­ti­nə çe­vi­rən bir dəl­lal ol­du­ğu­nu və hət­ta Çar hö­ku­mə­ti­nin be­lə onu öl­kə­dən qov­du­ğu­nu bil­di­yi­miz hal­da han­sı mən­tiq­lə onun “el­mi ir­si­nin öy­rə­nil­mə­si” adı al­tın­da əc­nə­bi­lər tə­rə­fin­dən ye­ni­dən əra­zi­miz­də “ax­ta­rış­lar” apa­rıl­ma­sı­na AMEA tərəfindən ra­zı­lıq ve­ri­li­b?!

Ta­ri­xi­miz­lə bağ­lı də­fə­lər­lə ya­zıl­mış olan bu fakt­la­rı tək­ra­rən ya­da sal­maq­da məq­sə­dim Fran­sa rəs­mi­lə­ri­ni öz hə­rə­kət­lə­rin­də və qə­rar­la­rın­da əda­lət­li ol­ma­ğa səs­lə­mək­dir. Elə gü­man et­mə­sin­lər ki, Azər­bay­can tə­rə­fi qar­şı tə­rə­fin ona adek­vat ol­ma­yan mü­na­si­bə­ti­nin fər­qin­də de­yil. Məş­hur xalq mə­səl­lə­rin­dən bi­rin­də de­yi­lir ki, “qır­qo­vul ba­şı­nı kol­da giz­lət­mək­lə elə bi­lir ki, onun çöl­də qal­mış şə­lə quy­ru­ğu­nu gö­rən yox­dur”.

Azərbaycana qarşı çirkin kampaniyaya son qoyulmalıdır

Fran­sa nə ötən 28 il ərzində, nə də 44 günlük Vətən müharibəsi zamanı həm­sədr ölkə ola­raq prob­le­min əda­lət­li yol­la həl­li üçün üzə­rin­də bey­nəl­xalq öh­də­lik və mə­su­liy­yət ol­du­ğu­na bax­ma­ya­raq, daim işğalçı dövlət olan Ermənistanı müdafiə etməklə açıq-aşkar antiazərbaycan mövqeyində durdu və əfsuslar olsun ki, bu gün də beynəlxalq hüquqa zidd olan bu mövqedən çəkinməyib. Yenə də davamlı olaraq Fransa senatı, xarici işlər nazirliyi erməni diaporunun sədəqələri ilə meyxoş olan bir para “ictimai xadimlər”dən absurd bəyanatlar eşidirik. Az qala şəhər və məhəllə bələdiyyələri də oradan Azərbaycana qarşı əzələ nümayiş etdirməkdədilər. Cənab Prezident İlham Əliyev bir neçə gün öncə Naxçıvana səfəri zamanı növbəti dəfə Fransa tərəfinin beynəlxalq hüquqa və diplomatik etikaya zidd bəyanat və cəhdlərinə olduqca sərt münasibət bildirdi: “Biz dəfələrlə Fransa tərəfinə də iradlarımızı bildirmişik ki, əl çəkin bizdən. Gedin, öz işlərinizlə məşğul olun… Azərbaycana qarşı aparılan çirkin kompaniyaya son qoyulmalıdır”.

Fran­sa­nın həm­sədr öl­kə ola­raq sər­gi­lə­di­yi bir­tə­rəf­li və an­la­şıl­ma­yan hə­rə­kət­lə­ri ilə tək­rar-tək­rar üz­lə­şən və onu tək­rar-tək­rar təh­lil edən Azər­bay­can ic­ti­ma­iy­yə­ti­ni çoxdandır ki, be­lə bir su­al dü­şün­dü­rür. Əcə­ba, Fran­sa rəs­mi­lə­ri er­mə­ni­lə­rin nə­yi­nə aşiq­di­r? Fran­sa ki­mi zəngin demokratik ənənələri olan qüd­rət­li bir döv­lə­ti er­mə­ni di­as­po­ru­nun əlin­də oyun­caq edən nə­di­r?!konkret.az
Qafar Cəbiyev,
tarix elmləri doktoru, professor, əməkdar jurnalistшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.