"Heç kimi peyvəndlənməyə məcbur etmək olmaz" - ETİRAZ

23-06-2021, 09:29           
 "Heç kimi peyvəndlənməyə məcbur etmək olmaz" - ETİRAZ
Azərbaycanda iş və xidmət sahələrində 1 avqust tarixindən etibarən COVID-19 pasportu tələb olunacaq. Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib. Qərarda qeyd edilib ki, iyulun 1-dən etibarən isə COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması lazımdır.

Xatırladaq ki, əvvəlki qərara əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunurdu.

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Azər Rəşidoğlu sosial şəbəkədə məsələyə münasibət bildirib:

"Qanunlar qarşısında boynumuz qıldan incədir. Peyvəndləmə məcburi ola bilməz. Heç kəs və heç bir qurum vətəndaşı buna məcbur edə bilməz, bu tələbin özü Konstitusiyaya ziddir. Çoxsaylı hüquqşünaslarla məsləhətləşdim və belə tələbin qanuna zidd olduğunu bildirdilər. Müəssisələr qarşısında da belə tələb qoyula bilməz. Yalnız bir halda - "Covid-19" virusuna yoluxmuşamsa, başqasını bilərəkdən yoluxdurmam məsuliyyət yaradır. Əgər sağlam olduğum barədə arayış təqdim edərəmsə, heç bir məcburi peyvəndləmədən söhbət belə gedə bilməz. NK-nın bu gün verdiyi qərarda da məcburi peyvəndləmədən söhbət getmir. Sadəcə, elə şərait yaradılır ki, vətəndaş peyvəndlənsin. Lakin əksini edəni heç bir məsuliyyət gözləmir və vadaretmə məhkəmə predmeti yaradır".

Mövzu ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu "Şərq"ə fikirlərini bölüşüb. O, açıqlamasında bir hüquq müdafiəçisi kimi məcburi peyvəndləmənin əleyhinə olduğunu bildirib:

"Nazirlər Kabinetinin verdiyi qərarla razı deyiləm. Hesab edirəm ki, bu, düzgün qərar deyil. İlk növbədə insanın özü seçim etməlidir. Kim istəyir yaşasın, istəmir də yaşamasın. Amma nəzərə alaq ki, cəmiyyətin qorunması üçün peyvəndin olunması vacibdir. Təbii ki, heç kəsi məcbur etmək olmaz ki, vaksinasiya olunsun. İlk növbədə hər kəs özü məsuliyyət daşımalıdır. Çünki cəmiyyətə çıxır və ətrafdakı insanları yoluxdura bilər. Ona görə də insanlar çalışdıqları qədər vaksinasiyaya getməlidirlər. Özünü qorumaq üçün yox, ətrafı qorumaq üçün".

N.Cəfəroğlu yoxlanılmadan həyata keçirilən peyvəndlənmə məsələsinə də toxunub:

"Bir məsələni də qeyd edim ki, bu günləri Azərbaycanda birbaşa yoxlanmamış hamıya iynə vururlar. Bir hüquq müdafiəçisi kimi bunu düzgün hesab etmirəm. Biz də hər şeyi əcaib formada edirlər. Bu, insanların qorunmasına mənfi təsir edə bilər. Çünki elə insanlar var ki, təzyiqi, ürək problemləri və s. var. Bunlar yoxlanılmalıdır, ondan sonra vaksinasiya edilməlidir. Amma bizdə birbaşa hamını çağırıb vaksinasiya edirlər. Bu da düzgün deyil".

шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.