Torpaqlarımızda tquruculuq işləri gedir, bizim xəbərimiz yoxdur- Nə baş verir?

13-07-2021, 10:13           
Torpaqlarımızda tquruculuq işləri gedir, bizim xəbərimiz yoxdur-
Azərbaycan Respublikası Xocalı rayonunun hələ də Rusiya sülhməramlı(?) hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu rejimin nəzarətində qalan Əsgəran şəhərində “rayon fövqəladə hallar şöbəsi”nin yeni binasının təntənəli açılışı olub.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

Tikinti işləri “xeyriyyəçi” Artak Tovmasyanın rəhbərlik etdiyi “Tovmasyan” fondunun maliyyəsi hesabına aparılıb. Binanın tikintisi üçün 85 min ABŞ dolları, texniki parkın modernləşdirilməsi üçün isə 15 milyon dram(təxm. 29 min dollar) xərclənib. Beləliklə, yeni bina ümumilikdə təxminən 114 min dollara başa gəlib.

“Tovmasyan” fondu həmçinin II Qarabağ müharibəsi zamanı və ondan sonra separatçı rejimin qanunsuz “daxili işlər nazirliyi” əməkdaşlarının ailələrinə humanitar yardımlar da edib. 200-dən çox ailəyə yardım göstərilib.

Qanunsuz “daxili işlər naziri” Karen Sarkisyan bütün qurum adından Artak Tovmasyana təşəkkür edib.

Açılış tədbirinə separatçı xunta tör-töküntülərinin qeyri-qanuni "təhlükəsizlik şurası"nın katibi separatçı-terrorçu general Vitali Balasanyan da qatılıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru