"Bu adam kifayət qədər 'şişib', özü də, müavinləri də,...- Sahil Babayevin adamları Jurnalistlər binasına baxış keçiriblər,..."
31-07-2021, 08:02

Tam səmimi deyirəm, bu ölkənin sosial sütununu qıran, dağıdan, biabırçı hala salan Sahil Babayevdir. Bu nazirliyin bütün istiqamətləri korrupsiya çirkabında 'boğulur', regionlardakı aqresiv sosial vəziyyət hələ bu həddə çatmamışdı. Ötən il, sərt karantin zamanı Prezident tərəfindən əhalinin aztəminatlı hissəsinə yönəldilən vəsaiti nazirliyin dəllaları mənimsədilər, villalar, bahalı maşınlar, nələr, nələr...
Teref.az xəbər verir ki, bunu 7news.az saytının baş redaktoru Səbuhi Abbasov yazır.
Daha sonra Səbuhi bəy yazır ki, 44 Günlük Vətən müharibəsi və ondan sonrakı dönəmdə isə Şəhid ailələri, Qazilər lazımi diqqəti görmədilər, əksinə, bu həssas təbəqənin nümayəndələri bu gün də öz problemlərinə görə Bakı yollarında qalıblar. Sahil Babayevin yarıtmaz fəaliyyətinə görə Şəhid və Qazi ailələri digər qurumlara üz tuturlar, bəzi ermənisifət fürsətçilər isə bu məqamdan öz şəxsi maraqları naminə dəstə-dəstə qoçu birləşmələri yaradıblar.
Faktiki hazır olan binalar isə Qazi və Şəhid ailələrinə elə təqdim olunur ki, elə bil bunu Sahil Babayev öz cibinin hesabına tikib, təşəbbüs onundur. Siz icraçısınız, cənablar, bu təşəbbüs və iradə Prezidentə və 1-ci Vitse-Prezidentə məxsusdur. Və beləcə ölkənin strateji sütunu 'baltalanır'...
Bu adam kifayət qədər 'şişib', özü də, müavinləri də, Ziyanın, Kəmaləddinin 20 ildə 'yığdığını', 2 ilə yığıb. Bu adam görəvdən alınmasa fəsadları həm özümüzü, həm də dövlətimizi 'yandıracaq'...
İndi də Sahil Babayevin adamları Jurnalistlər binasına baxış keçiriblər, yəqin öz aralarında mənzilləri bölürlər, illərdir mənzil gözləyən jurnalistlərin statuslarını oxuyub, lağa qoyaraq, gülürlər. Halbuki, Sahil Babayevin elə 1 villası o binadan baha başa gəlib. Onu satsa 255 şəhid, qazi ailəsinə ev hədiyyə etmək olar...
Səbuhi Abbasov
Teref.az