Bu həftə Laçından Qarabağa və Ermənistana 2 mindən çox erməni maşını keçdi... - BİZ İSƏ SEYR EDİRİK...

31-07-2021, 10:20           
Bu həftə Laçından Qarabağa və Ermənistana 2 mindən çox erməni maşını keçdi...
Rusiya sülhməramlı kontingentinin hərbçiləri son bir həftə ərzində Laçın dəhlizi vasitəsilə qəsbkar Ermənistandan Yuxarı Qarabağa gedən və geri qayıdan 2000-dən çox nəqliyyat vasitəsinin təhlükəsizliyini təmin edib.

Moderator.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb.

“Müşahidə postunun əməkdaşları gecə -gündüz Laçın dəhlizi ilə avtomobillərin və mülki əhalinin hərəkətinə nəzarət etmək üçün tədbirlər görür. Postumuzdan hər gün hər iki istiqamətə 200-dən çox maşın keçir. Hər bir avtomobil yoxlama prosedurundan keçir, sürücü və sərnişinlər şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim edirlər. Bütün şərtlərə riayət edildiyi halda sərnişini olan maşının keçməsinə icazə verilir ”- deyə Azərbaycan Respublikasının Laçın rayonu ərazisindəki müvəqqəti dəhliz ərazisində müvəqqəti yerləşmiş Rusiyanın rəsmən sülhməramlı sayılan kontingentinin nümayəndəsi Leonid Stepanov bildirib.

P.S....












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru