Əzəmətli bir ömür - İsaxan Açurovun 66 yaşı....

1-08-2021, 07:07           
Əzəmətli bir ömür - İsaxan Açurovun 66 yaşı....
Bu gün görkəmli hüquqşünas İsaxan Aşurovun doğum günüdür O,1955-ci il avqustun 1-də Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olub .Bir zaman Müsavat partiyasının və Məclisinin üzvü ,o cümlədən partiyanın Hüquq komissiyasının sədri olub. Tanınmış müxalifətçilərin hüquqlarını müdafiə edib.
İsaxan Aşurov həyatını, sözlə ifadə etmək çox çətindir. Vəkillik fəaliyyəti zamanı üzləşdiyi təzyiqlər, təqiblər onu bu yoldan heç bir zaman döndərmədi. Görünüşcə zəhimli, qaraqabaq görsənsə də, əslində çox zarafatcıl, deyib-gülən bir insan idi....
Qazaxda, Göyçayda, Tovuzda polis, Respublika Xüsusi İstintaq Qrupunda müstəntiq kimi işləyərkən hər zaman haqqın və hüququn, insanların və insanlığın yanında olub. 1993-1994-cü illərdə vəzifə səlahiyyətlərindən istifadə edərək Sürət Hüseynova və digərlərinə qarşı müqavimət göstərmiş, dövləti müdafiə etdiyinə görə həmin dəstə tərəfindən həbs edilmişdi. 1994-cü ildə həbsdən azad olunmuşdu.
Bəli, İsaxan Azərbaycanın ictimai-siyasi həyatında özünü təsdiq etmiş bir hüquq müdafiəçisi idi. O, bütün həyatını vətəninin, millətinin azadlığa uğrunda mübarizəyə həsr etmişdi. O, bu milləti canından da çox sevirdi.
O ,həm də vuruşub. Vətənin mərd əsgəri olub. O, sülh dövründə də ədalətsizliklərlə vuruşaraq insanlara əl tutub.
Bəli, İsaxan bəy çox vaxtsız bizim aramızdan ayrıldı. Bizim üçün çox çətindir belə bir adamın ölməsini demək, onu itirməyimizdən danışmaq Lakin nə etməli ....O, bizim güvəndiyimiz çox az adamlardan biri idi....hər birimiz hər çətin anımızda onun üstünə qaçırdıq.
Mərhum uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, bir neçə dəfə əməliyyat olunsa da, onu xilas etmək mümkün olmadı.... İ.Aşurov müalicəyə getdiyi ABŞ-da vəfat etdi...

Bu gün mən də Azərbaycanın azadlığını istəyən, doğru-düzgün bir cəmiyyətin qurulmasını istəyən insanların adından ona “çox sağ ol” deyirəm.!
Bu gün biz, onun yapışıqlı bariton səsini, şaqraq gülüşünü daha eşidə bilmirik, onunla kəlmələşə bilmirik... Ancaq Isaxanlı xatirələrlə kəlmələşir ,xatırlayırıq ...
Baba Allahnezerov
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.