Qazi Kamil Şirinidə itirdik.....

2-08-2021, 06:16           
Qazi Kamil Şirinidə itirdik.....
Qarabağ qazisi, 701 nğmrəli h\h ilk zabitlərindən olan, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin I müavini Kamil Şirinov vəfat edib.

K.Şirinovun ailəsindən teref.az saytına daxil olan məlumata görə, Qazi koronavirusdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, K.Şirinov 1964-cü ildə İmişli rayonunda andan olmuşdu. Azərbaycan ordusunun yaranmasında iştirak edib. Məşhur “Şıxov” batalyonunu ilk könüllülərindən olub. Ağır və şərəfli bir döyüş yolu keçib, yaralanıb.

O, vətənpərvər, millətsevər bir insan olaraq daima Şəhid ailələrinin, Qazilərin və veteranların hüquqlarının müdafiəsinə qalxıb.

K.Şirinovun ölümü bütün döyüşçüləri sarsıldıb! Allah rəhmət eləsin!

"Boz Qurd" batalyonunun veteranları, Teref.az saytının kollektivi adından Kamil Şirinin ailəsinə, qardaşı və silahdaşımız Qarabağ qazisi p\l H. Şiriniva və 701-ci h\h-nin 1-ci batalyonunun veteranlarına baş sağlıı veririk!
Tanrı ruhunu şad etsin!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru