Məşhur jurnalist deputata cavab veri:"Deputat Etibar Əliyevə..." FOTO

8-08-2021, 12:52           
Məşhur jurnalist deputata cavab veri:"Deputat Etibar Əliyevə..."  FOTO
Etibar bəyə sayğım sonsuz idi. Savadı, ziyalılığı, bəzi adamlara gözümün qarşısında keçdiyi "master klaslar". Amma bu deputat statusundakı Etibar Əliyevi tanıya bilmirəm. Onu keçmişdən tanıyan xeyli adamı, yaxın dostuluğumuza, qardaşlığımıza rəğmən, məni belə dostluqdan silməyi, bloklamağı, üstəlik hətta seçilməsi münasibəti ilə təbrikləri oxuyub cavablandırmaması çox qəribədir. Adam bir mandatla niyə belə "şişsin" ki, qardaş? Qardaş, adama vəzifə, status sərəncamlarla verilir. Bir gün, o sərəncamlar olmayanda, olursan sıravi adam. Keçmişdə mənim də qardaş dediyim Etibar bəyə biri bunu anlatsın. Nə leksikonu, nə sözləri varmış bə adamın.
Mən bu parlamentdəkilərin necə və niyə seçildiyini, bizim seçkiyə necə və niyə buraxıldığımızı gözəl bilirəm. Prosesin düz içində idim, namizəd kimi. Indi a bəy, sən deyən "deputatlatın üstünə düşüblər" ifadəsindən mənə də pay düşür. Əminliklə deyirəm, Azərbaycanda saxta seçkili parlamentdə oturmağın özü elə dövlətin üstünə düşmək, vətəndaşı zara gətirməkdir. Elə mandat alıb orada oturmaqsa, üzsüzlüyün ən böyük göstəricisidir.
Bircə ovuc deputata şamil deyil bu yazdıqlarım.
Odur ki, Etibar bəy, kirimiş otursan yaxşıdır. Çox eybəcər görünür davranışlar və danışdıqlar.
Və sən danışdığın adam deyilsən bəy, ona görə fikirləri ilə bağlı məsələn, Musavat TV-nin efirində qıpqırmızı idin, bu mənzərə məni çox tutdu. Nə də olsa qardaş dediyim adamın alçaldıldığını, çarəsizliyini görmək çox pis mənzərədir. Baxıb görürəm və anlayıram özü bilir ki, düz demir, amma deməlidi, çünki "ustanovkası" budur. Qardaş yazıqsan, heyifsən, o boyda alimsən, necə nüfuzun vardı?! Özünü bu qədər istifadəyə vermə, lütfən DAYAN! Etibardan, Etibara da nəsə saxla!
Rəhmətlik nənəmin məsəli idi, kimisə tanımaq istəyirsənsə ona iki şeydən birini ver, ya pul, ya "qırmızı ussol" (yəni vəzifə). Müəllimə ikisini də veriblər, amma barmaqda oynadırlar. Hamının üstünə yollayırlar.
Yerə girsin elə mandat da, status da, nufuz da. O mandat ki, məndən şəxsiyyətimi alır, mənəviyyatımı, əxlaqımı, vicdanımı ləkələyir, o mandat ki, məni əl buyruqçusu edir, e(E)tibarsızlaşıram, ölərəm, almaram onu. Nə deyim təəssüf, ayıb, heyif!
Keçmiş dostunuz, Jalə Mütəllimova...













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.