Suraxanı RİH-dən GÖRÜNMƏMİŞ NADANLIQ: Şəhidin şəkli olan tortu anasının yanında kəsdilər - FOTOLAR

9-08-2021, 18:12           
Suraxanı RİH-dən GÖRÜNMƏMİŞ NADANLIQ: Şəhidin şəkli olan tortu anasının yanında kəsdilər - FOTOLAR
Bu gün Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid Əliyev Samirin adına parkın və inşa edilmiş bulağın açılış mərasimi baş tutub.

Yenicag.az xəbər verir ki, rayon icra başçısı Əziz Əzizovun da qatıldığı mərasimdə şəhidimizin ruhuna və onun anasına qarşı hörmətsizlik edilib.

Belə ki, təşkilatçılar tərəfindən “kreativlik” edilərək üzərində şəhidin şəklinin olduğu tort hazırlanıb. Daha sonra şəhid anasının yanında oğlunun şəkli olan tort kəsilib.

Şəkildən də göründüyü kimi həmin anlar şəhid anasına çox pis təsir edib, o, göz yaşlarına hakim ola bilməyib.

Dəhşətlisi isə budur ki, şəhidimizin anasının duyğularını heçə sayan, onun ruhuna hörmətsizlik etməkdən çəkinməyən Əziz Əzizovun kadrları tərəfindən həmin şəkillər Suraxanı RİH-in “Facebook” hesabından paylaşılıb.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.