“Fitch” Beynəlxalq Bankın reytinqini aşağı salıb, proqnoz neqativdir

10-03-2016, 09:07           

Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının uzunmüddətli defolt emitenti reytinqini “BB”-dən “BB-” səviyyəsinədək endirib.

“APA-Economics” xəbər verir ki, bu barədə agentliyin yaydığı məlumatda deyilir.

Reytinq üzrə proqnoz neqativdir.

“Fitch” bildirir ki, reytinqin endirilməsinə səbəb hökumət tərəfindən banka veriləcək dəstəyin zəifləməsidir.

“Maliyyə Nazirliyi bankın nizamnamə kapitalında iştirak payını 51,1%-dən 80%-dək qaldırıb. Bundan başqa, yanvar ayında bankın 3 mlrd. manat səviyyəsində olan problemli aktivlərinin təmizlənməsi prosesi yekunlaşıb. Problemli aktivlərin təmizlənməsinə baxmayaraq, kredit portfelində yüksək dollarlaşma səviyyəsi bankın aktivlərinə təzyiqlərin yüksək səviyyədə olmasına səbəb olur. Problemli kreditlərin bankın ümumi kredit portfelində xüsusi çəkisi 7% təşkil edir. Hesab edirik ki, yaxın gələcəkdə bankın rentabelliyi bərpa olunmayacaq“, - deyə məlumatda bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.