“Elektron mikroskop altında əgər deyilən virus tapılmırsa, bu, ən yüngül halda nadanlıqdır."- Həkimdən ŞOK İTTİHAM
1-10-2021, 17:40

“Koronavirus yalnız kompüterdə mövcuddur. Çində və digər ölkələrdə virusdan küçədə yıxılıb ölənlər real insanlar deyildi, kompüter oyunu idi”.
Bu sözləri müstəqil tibb eksperti, həkim-psixiatr Abdulla Şıxlinski pandemiya barədə fikirlərini Cebhe.info ilə bölüşərkən deyib. Maraqlısı budur ki, həkim pandemiyadakı bu hadisələrin həqiqi olmadığını, xüsusi ssenari üzrə getdiyini iddia edir:
“Virus var, təbiətdə, insan və heyvan orqanizmində yaşayır, ancaq xəstəlik törətmir. Koronavirus 36 saat müddətində yaşayan törədicidir. Bütün dünyanın qlobal qüvvələrə işləməyən vicdanlı alimləri hazırda virusun mövcudluğu ilə bağlı müxtəlif fikirlər irəli sürürlər. Dünyasını dəyişmiş adamların bioloji materialında, məsələn, ağciyər, tənəffüs yollarından alınmış materiallarda hələ nə adi mikroskop, nə də elektron mikroskop altında koronavirusu görmək mümkün olub. İndiyədək koronavirus bioloji materialdan sərbəst şəkildə ayrılmayıb. Təbabət sübutlu elmdir, tarix deyil. Əgər bir şey deyirsənsə, gərək bunu sübut edəsən”.
Həkimin fikrincə, pandemiya yoxdur və qeyri-qanuni elan olunub:
“Elektron mikroskop altında əgər deyilən virus tapılmırsa, bu, ən yüngül halda nadanlıqdır. Xüsusən də həkimlər üçün bu ad keçərlidir. Əgər biz infeksion xəstəliyə diaqnoz qoymaq istəyiriksə, onun törədicisini labaratoriyada mütləq öz gözlərimizlə görməliyik”.
Abdulla Şıxlinskinin fikrincə, virusla bağlı yaradılan proyektdən danışan adamları sərsəm, dəli adlandırırlar:
“Dünya əhalisinin sayının azaldılması proyekti 2005-ci ildə artıq açıqlanmışdı. Bu proyekt “dib” dövlətləri tərəfindən hazırlanıb və indi realizə olunmalıdır. İndi realizə olunması üçün yaxşı şərait var. Bunu qlobal qüvvələr “dünyanın yenidən qurulması” adlandırırlar. Bu, üç mərhələdə aparılacaq. Birinci mərhələdə informasiya terrorunun aparılması, ikinci mərhələdə bu terrorun hesabına vaksinasiya nəzərdə tutulub. Üçüncü mərhələdə - saxta pandemiyaya inandırılma mərhələsində çoxlu insan öləcək. İnsan qırğını artıq gedir. Bu qırğında koronavirusun heç bir rolu yoxdur. Ya kimyəvi silahın təsirindən, ya da vaksinlərin təsiri nəticəsində insanlar məhv olur. Dünya əhalisinin sayı 1, 5 milyarda çatmalıdır. Bu sayın 1 milyardı “elita”, yəni qlobal qüvvələrin özü olacaq”.
Tibb eskperti əlavə edib ki, koronavirus adlandırılan virus əslində müəyyən kimyəvi maddələrin təyyarə vasitəsilə, yəni hava, eləcə də su ilə yayılması ilə orqanizmdə yaranan dəyişikliklər nəticəsində əmələ gəlir.