Yalan xronikası: Müharibənin 6-cı günü ermənilər nə deyirdilər

3-10-2021, 00:00           
Yalan xronikası: Müharibənin 6-cı günü ermənilər nə deyirdilər
Bugünlərdə Azərbaycan mediası kimi, Ermənistan KİV-i də 44 günlük müharibənin xronikasını araşdırıb, yenidən təqdim etməklə məşğuldur. Əgər biz həmin tarixin hər gününü qürurla, şərəflə anırıqsa, ermənilər əksinə, necə axmaq yerinə qoyulduqlarını xatırlayır və sual edirlər: Bunun hesabını kim verəcək?! Məsələn, “news.am” saytının dərc etdiyi xronika Ermənistan rəhbərliyinin öz xalqını və beynəlxalq ictimaiyyəti açıq-aşkar aldatığını ifşa edir. Çünki həmin günlərdə Ermənistan hökumətinin dediklərindən belə çıxırdı ki, əks-hücuma keçərək “düşmən”in onurğa sütununu sındırırlar, bu gedişlə tezliklə Azərbaycanı diz çökdürəcəklər... Gəlin, xatırlayaq ki, oktyabr 2-də - müharibənin altıncı günü Erməni tərəfi nələr deyirdi...

Gecəyarısı Paşinyan “Facebook” səhifəsində yazır ki, Kotayk və Geqarkunik vilayətlərində düşmənin 4 PUA-sı məhv edilib: "Arxayın və əmin olun. Biz qalib gələcəyik”.
Sayt niyə baş nazirin müntəzəm olaraq mətbuat xidmətinin və ya Müdafiə nazirliyinin funksiyalarını öz üzərinə götürdüyü sual edir. Müharibəyə qədər və onun getdiyi müddətdə “Facebook”da aktivliyi ilə seçilən Paşinyan müharibədən sonra, ümumiyyətlə, sosial şəbəkələrdən uzaqlaşıb, mətbuat konfransları keçirmir və jurnalistlərin suallarına cavab vermir.

Təxminən yarım saat sonra Müdafiə nazirliyinin təmsilçisi Ermənistan (!) səmasında 4 PUA-nın vurulduğu barədə açıqlama verir.
- Ermənistanın hava hücumundan müdafiə qüvvələrinin məlumatına görə, 00:15 radələrinə qədər ölkənin Silahlı qüvvələri 4 PUA vurublar: biri Ermənistanın Kotayk, 3-ü isə Geqarkunik vilayətlərində. PUA-ları hamısı kəşfiyyat aparatları olub,- Müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan yazıb.
Ermənistanın Azərbaycan ərazisində müharibə aparmasına baxmayaraq, Azərbaycanın heç vaxt Ermənistan sərhədini pozmadığı və orada hərbi əməliyyatlar aparmadığı beynəlxalq ictimaiyyətə, hətta İrəvanın havadarlarına da çox yaxşı məlumdur. Ona görə də Şuşan Stepanyan guya Ermənistan səmasında vurulmuş PUA-ların kəşfiyyat aparatları olduğunu deməklə, dünya ictimaiyyətini çaşdırmağa çalışır.

Sübh tezdən qondarma “Artsax”ın “prezidenti” də “Facebook”da post yerləşdirib: “İndicə müdafiə ordusunun məntəqəsində bizim əfsanəvi komandirlərdən biri olan Karen Calavyana “Artsaxın Qəhrəmanı” rütbəsini verdim. Biz qəhrəmancasına aparılan hərbi əməliyyatlar nəticəsində onların nəinki zəruri sayılan strateji yüksəklikləri və dayaq məntəqələrini ələ keçirdiklərinin, hətta düşməni yalnız bu gün yox, ümumiyyətlə son günlər ərzində necə böyük itkilərə məruz qoyduğunun şahidi olduq”.

Söhbətin hansı “strateji yüksəklik”lərdən getdiyi naməlum olaraq da qaldı. Həqiqətdən uzaq olan bu paylaşm erməni cəmiyyətində ordularının qalibiyyətli müharibə apardığına inam yaratmağa hesablanmışdı.

“Türkiyənin Minsk qrupunda iştirakı dayandırılmalıdır. Çünki bu ölkə özünü qərəzli və davakar aparır. Buna görə də artıq vasitəçi ola bilməz. Azərbaycan tərəfindən qurbanların 30%-i xarici muzdlulardır, Türkiyə və Azərbaycan bu hücuma görə məsuliyyət daşımalıdırlar. Bu müharibəni 2016-cı ilin hərbi əməliyyatları ilə yox, daha çox 1915-ci ilin “soyqırım”ı ilə müqayisə etmək olar”,- Nikol Paşinyan “Le Figaro” nəşrinə müsahibəsində deyib.
Müsahibədə yalnız çağırışla kifayətlənən Paşinyan rəsmi şəkildə nə həmsədrlərə, nə də ATƏT-ə müraciət edir. Sual olunur: “Niyə müharibədən sonra Paşinyan bu çağırışın təkrarlamır?!”

Fransa prezidenti Emmanuel Makron 300-dən çox suriyalı islamçının Trkiyənin Qazientep vilayətindən keçməklə Dağlıq Qarabağ münaqişə bölgəsinə göndərildiyini bəyan edib . O, bildirib ki, bu təsdiqlənmiş faktdır və Rusiyanın da belə məlumatı var.
“Belə davranış NATO üzvünə yaraşmaya hərəkətdir, biz hesab edirik ki, belə harakatlər yolverilməzdir. İndiki halda qırmızı xətt artıq keçilib. Biz habelə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdik... Mən Avropa İttifaqının üzvlərinə ATƏT-in Minsk qrupunun 3 həmsədrinin – ABŞ, Rusiya və Fransanın kommünikesi, Ermənistanla Azərbaycan arasında fəal vasitəçilik üçün həyata keçirməyi düşündüyümüz təşəbbüslər barədə məruzə etdim” – Makron vurğulayıb.

Amma nə Makron, nə Ermənistan hakimiyyəti, nə də ki, Ermənistanın digər havadarları sona qədər bu “danılmaz fakt”la bağlı heç bir dəlil-sübut təqdim edə bilmədilər. Əksinə, Azərbaycan Ermənistan tərəfində vuruşan Yaxın Şərqdən və Avropa ölkələrindən gəlmiş muzdlular barədə faktları açıq şəkildə ortaya qoydu, onların əsir düşənləri isə məhkəmə qarşısında cavab verdilər. Fransa vətəndaşı olan erməni əsilli terrorçuların bu ölkədə Qarabağda Azərbaycana qarşı vuruşmaq üçün açıq-aşkar muzdlular toplaması, bölgədə gedən döyüşlərdə iştirakı isə bütün dünyaya bəllidir.

“Fox News”-a müsahibəsində ABŞ-ın Dövlət katibi Mayk Pompeo ölkəsinin Qarabağ münaqişəsinin beynəlmillələşdirilməsini istəmədiyini deyib.
-Biz hesab edirik ki, kənar dövlətlər aralı durmalıdırlar. Biz atəşin kəsilməsinə çağırırıq. Biz istəyirik ki, hər iki tərəf geri çəkilsin. Ermənistan və Azərbaycan rəhbərləri ilə danışaraq, onları bu addımı atmağa çağırmışıq. Qarşıdakı günlərdə onların zorakılığın mövcud münaqişələri həll edə bilməyəcəyini başa düşəcəklərinə ümidliyik. Üçüncü tərəfləri – digər ölkələri cəlb etmək vəziyyəti yalnız qəlizləşdirəcək, - Mayk Pompeo açıqlayıb.
Erməni nəşri bildirir ki, ABŞ çağırışlardan və öz narazılığını bildirməkdən savayı irəli getmədi.

Mətbuat yazır ki, ədliyyə naziri Rüstəm Badasyan qurumun əməkdaşlarını silahdan atəş açma hazırlığına göndərib. Özü də yalnız kişilər yox, qadınlar da bu hazırlığı keçməlidirlər. Qadınların göndərilməsi nazirlikdə konfuz yaratmaqla bərabər “nazirin özü atəş açmağı bacarırmı və özü də bu hazırlıq məşqlərinə gedəcəkmi?” sualını gündəmə gətirib.
Nəşr xatırladır ki, skolioz (onurğa sütununda deformasiya) mərəzi üzündən Badasyan orduda xidmət etməyib.

“Qraparak” qəzeti yazır ki, qondarma “Artsax”ın qondarma “prezidenti” Araik Arutyunyanın artan reytinqi Ermənistan hakimiyyətini narahat etməyə başlayıb və bu reytinqin “endirilməsi” üçün yaxın vaxlarda müəyyən addımların atılacağı gözlənilir. Ermənistan hakimiyyətinin Arutyunyanın fonunda ikinci plana keçməməsi üçün, onu birləşdirici təşkilatçılıq rolunu aşağı salacaq addımlar atmağa sövq edəcəklər.

“Artsax”ın (Dağlıq qarabağ-red.) müdafiə ordusunun mətbut xidmətindən xəbər verirlər ki, gecə münaqişə zonasında vəziyyət nisbətən gərgin sabit olub. Bəzi istiqamətlərdə artilleriyadan və kiçik çaplı silahalrdan atışmalar davam edib. Əməliyyat-strateji vəziyyətdə önəmli dəyişmələr qeyd alınmayıb. Hazrıda cəbhə xəttinin bütün istiqamətlərində hərbi əməliyyatlar yenidən qızışıb. Düşmənin canlı qüvvəsinə və texnikasına itkilər yetirən “Artsax”ın (Dağlıq Qarabağ-red.) müdafiə ordusu, onun bütün hücumlarını məhv edir.

“SNN” də Azərbaycan tərəfindən hərbi əməliyyatlarda iştirak etmək üçün suriyalı muzdluların cəlb olunduğu barədə məlumat verib. Telekanal Azərbaycana getməyə razılaşan bir kişi ilə söhbət edib. Adını demək istəməyən bu adam, Dəməşqdə doğulduğunu, lakin indi Suriyanın şimalındakı Afrin rayonunda yaşadığını bildirb. O, Türkiyənin dəstəklədəiyi “Suriya Milli ordusu”nun üzvü olduğunu deyib.

Müdafiə ordusu komandanının müavini Artur Sarkisyan bildirib ki, təyyarələrdən, helikopterlərdən, raket komlekslərindən, zirehli texnikadan, xüsusi təyinatlı qüvvələrdən istifadə edən düşmən müdafiə ordusunun mövqelərinə hücuma keçib. Onun sözlərinə görə, şimal və cənub istiqamətlərində istifadə olunan silahın, hərbi texnikanını və şəxsi geyətin sayı misilsiz dərəcədədir. Lakin taktiki və strateji vəziyyətdə dəyişiklik yoxdur. Gecə gərginlik səngisə də, artilleriya atəşləri fasiləsiz qaydada davam edib.
“Müdafiə ordusunun hissələri onlar qarşısında qoyulan vəzifəni layiqincə yerinə yetirərək, düşmənin irəliləmək cəhdlərini puça çıxarıblar. Uğursuzluğa düçar olan düşmən, yaşayış məntəqələrini, o cümlədən Martunini (Xocavəndi-red.), Mardakerti (Ağdərəni-red.), Hadrutu və dinc sakinləri atəşə tutmağa başlayıb. Nəticədə eməni və xarici jurnalistlər yaralanıb. Vətənin müdafisəi zamanı 54 döyüşçü həlak olub, Çoxlu sayda yaralı var, onalrın sayı dəqiqləşdirilir”,- Sarkisyan deyib.

Ermənistan Müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan “Facebook” səhifəsində 6 gün ərizndə Azərbaycan tərəfinin itkilərini əks etdirən rəqəmlər yerləşdirib: 1750 ölüb, 107 PUA, 10 helikopter, 250 ədəd zirehli texnika, 5 təyyarə və 1 “SMERÇ” reaktiv artilleriya sistemi məhv edilib.

Şuşan Stepanyanın açıqladığı “həqiqət”in məntiqinə inansaq, belə çıxır ki, artıq müharibənin 6-cı günü Azərbaycan Ordusu darmadağın olmaq ərəfəsində imiş. Amma nəticə nədənsə tam bunun əksi oldu.

Ermənistanın Müdafiə nazirliyinin təmsilçisi Artsrun Ovannisyan öz “Facebook” səhifəsində indicə Hadrutun “SMERÇ” raket qurğusundan atəşə tutulduğunu və mülki əhali arasında ölənlərin olduğunu yazıb.
“Artsax”ın müdafiə ordusu bu ərəfədə yaşanan hərbi əməliyyatlar zamanı ölmüş 55 hərbçinin adlarını açıqlayıb.

Şuşan Stepanyan erməni HHM hissələrinin Dağlıq Qarabağda düşmənin təyyarəsini və 2 PUA-sını vurduqlarını bildirib. “Cəbhənin müxtəlif istiqamətlərində döyüşlər gedir, düşmənin canlı qüvvəsi və zirehli texnikası, o cümlədən tankaları məhv edilib”,- Stepanyan yazıb.

Artsrun Ovannisyan daha bir ruhlandırıcı post yazıb və fotoşəkil yerləşdirib. “Bu isə T-90-dır, uşaqlar onu çox asanlıqla vurubalr. Heyif ki, çox yaxınlaşa bilmədim, atəş açırdılar”, - Ovannisyan yazıb.
Görünür, can şirin şey imiş Artsurun!

Hadrut və “Stepanakert”in (Xankəndi-red.) raket hücumalrına məruz qalması ilə bağlı “Artsax” “prezident”inin rəsmi təmsilçisi Vaqran Poqosyan mütənasib cavab veriləcəyini və buna görə tam məsuliyyətin Aliyev ailəsinin dağıyacağını qeyd edib.

Nikol Paşinyan sosial və maddi dəstək üzrə qərargahın yaradılması barədə qərar imzalayıb. Qərargaha baş nazirin apparat rəhbəri Eduard Ağacanyan rəhbərlik edəcək.

Ermənistan Müdafiə nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan düşmənin kassetli bombalardan istifadə etdiyini açqılayıb.

-Mənim gözlərim önündə Hadrut şəhərinə zərbə endirildi. Böyük ehtimalla “Smerç” tipli raketlər idi, çünki mən özüm kassetli mərmilıəri görmüşəm. Bir neçə dəqiqə əvvəl belə zərbə Stepanakertə (Xankəndi-red.) də endirildi...Beynəlxalq KİV-lərdə müharibənin işıqlandırılmasına gəldikdə isə, bu müstəvidə düşmən tam məğlub edilib. Mən əminəm ki, belə də olacaq. Biz şəffafıq, hamıya açığıq, dəqiq işləyirik və gizlətməyə heç nəyimiz yoxdur. Heç kim, təşkilatçlardan başqa heç kim, şübhə etmir ki, bizə qarşı terrorçular döyüşür. Bizim uşaqlar mənim gözlərim önündə uğru qazanıblar. Bizim artilleriyamız parlaqdır-, Ovannisyan deyib.

Məhz Ermənistanın dinc azərbaycanlılara qarşı müharibə apardığını, münaqişə bölgəsindən onlarla kilometr aralıda yerləşən Gəncə və Bərdə şəhərlərini gecə, digər halda isə hətta dəfn mərasimini belə raket atəşinə tutaraq qocalı-uşaqlı onlarla dinc soydaşımızın həyatına son qoyduğunu bütün dünya gördü. Hərçənd bu cinayətə görə Ermənistandan hesabat tələb olunmadı. Amma hər şeyin geci-tezi var.

Bu müharibədə və postmünaqişə dövründə Azərbaycanın informasiya müharibəsində qələbəsini, Ermənistanın isə məğlubiyyətini şərh etməyə heç bir zərurət yoxdur.

Ermənistanın Müdafiə nazirliyi rəsmi şəkildə bildirib ki, Azərbaycan ərazisinin guya Ermənistan ərazisindən “Toçka-U” taktiki raket kompleksindən atəşə tutulması barədə Azərbaycanın rəsmi dairələrinin verdikləri bəyanatlar açıq-aşkar saxrtakarlıqdır və həqiqətə uyğun deyil. Bu barədə öz “Facebook” səhifəsində Ermənistan Müdafiə nazirinin mətbuat katibi Şuşan Syepanyan yazıb.

“Artıq bir neçə gündür ki, Azərbaycanın PUA-larının və müxtəlif çaplı artilleriya vasitələrinin hədəfinin Vardenis şəhəri yaxınlığındakı yaşayış məntəqələrinin olmasına baxmayaraq, Ermənistan respublikasının ərazisindən Azərbaycan istiqamətinə bir raket belə buraxılmayıb. Ermənistanın Müdafiə naziri təkidlə Azərbaycan tərəfini belə təxribatlardan çəkinməyə və Ermənistan Silahlı qüvvələrinin müəyyən nəticələr verə biləcək real raket əks-zərbələri endirməsinə məcbur etməməyə çağırır,- Stepanyan vurğulayıb.

Ermənistan parlamenti sədrinin müavini Lena Nazaryan paylaşdığı postda İsrailin Türkiyə ilə bundan sonra münasibətləri pisləşdirəcəyi ehtimalını qeyd edib: “Uzun müddət Yerusəlim üzərində Osmanlı imperiyasının nəzarəti olmasına əsaslanan Ərdoğan bildirib ki, bu şəhər Türkiyəyə mənsubdur. Türkiyəyə satılan PUA-ların gec-tez Yerusəlim tərəfə uçacaqlarını İsrailin dərk etməsi vaxtıdır”.

Artsrun Ovannisyan bildirib ki, düşmən tərəf mülki obyektləri də ballistik raketlərdən atəşə tutur. Güman ki, hətta “LORA” raketlərindən istifadə etməklə. Qeyd edək ki, LORA-nın istehsalçısı İsraildir.
Avropa İttifaqının Dağlı Qarabağda barışıq yaradılmasının dəstəklədiyini bildirən Almaniya kansleri Angela Merkel, hərbi metodlarla münaqişənin dinc yolla həll etməyin mümkün olmadığını qeyd edib.
Avropa İttifaqı və Almaniya bundan o yana getmədilər.

Xəstəxananın açılışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenə də Azərbaycanın təcavüzünə dəstək verib. Ərdoğan bildirib ki, Azərbaycan guya öz torpaqlarını qorumaq və Qarabağı qaytarmaq məqsədilə böyük əməliyyata başalyıb. O, deyib ki, Türkiyə olaraq biz bütün imkanlarımız və vasitələrimizlə, bütün qəlbimizlə Azərbaycanı dəstəkləyirik və sona qədər də dəstəkləyəcəyik. Türkiyə rəhbərinin fikrincə, Azərbaycan “uğura doğru gedir”.

Kremldən xəbər veriblər ki, Paşinyan yenə də RF-in prezidenti Vladimir Putinə zəng vurub və münaqişə zonasında vəziyyəti müzakirə edib.
- Erməni tərəfin təşəbbüsü ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Ermənistan respublikasının baş naziri Nikol Paşinyanın telefon danışığı olub. Dağlıq Qarabaş münaqişəsi zonasındakı vəziyyətin müzakirəsi davam etirilib,- Kremlim məlumatında deyilir.

Ermənistanın Ombudsmanı Azərbaycanın iki dəfə Hadrut şəhərini «Smerç» reaktiv raket sistemindən atəşə tutduğunu açıqlayıb.
- Kassetli silahlarla hücum “Artsax”ın dinc əhalisinə qarşı yolverilməz hərbi təcavüzdür. Kassetli hərbi silahlarla bağlı Cenevrə Kovensiyaları da, BMT Konvensiyaları da müharibə metodlarının və vasitələrinin seçilməsini dəqiq şəkildə məhdudlaşdırır və belə təhlükəli silaha qadağa qoyur. Ombudsman beynəlxalq təşkilatları reaksiya verməyə, Azərbaycan tərəfinin bu cür təcavüzkar və qeyri-insani davranışına son qoyması üçün dəqiq və birmənlı bəyanatlar verməyə çağırır.

Artsurun Ovannisyan axşam bəyan edib ki, saat 21:00-a olan məlumata görə, düşmən tərəfdən 540 nəfər ölüb, 700-dən çox nəfər yaralanıb, 45 ədəd zirehli texnika, çoxu hələ havaya qalxmamış 6 təyyarə, 3 helikopter və 6 PUA itirilib.
Şuşan Stepanyanın məlumatı ilə heç cür üst-üstə düşmür. Yoxsa, Arsturun Azərbaycan Ordusunun bir gün ərzində itkilərindən danışır? Onda laq pis! Hansı sağlam düşüncəli adam belə “həqiqətin” toruna düşər?

“Dəfələrlə taktikanı dəyişən düşmən hücum əməliyyatları həyata keçirməyə çalışır. Qarabağın şimalımda və cənubunda şiddətli döyüşlər gedir. Təəssüf ki, düşmən dinc insanalrı vurur, hətta fransız KİV-nin təmsilçiləri də yaralanıblar. Bu gün iki dəfə Hadrutu, iki dəfə “Stepanakert”i (Xankənd-red.) vurublar. Vətəndaşlar, mülki infrastruktur, tikintilər zərər çəkiblər. Ümumilikdə vəziyyət gərgin olaraq qalır. Əsasən biz müdafiə mövqeyini davam etdiririk, bəzi yerlərdə digər xarakterli hərəkətlər həyata keçirilir...Biz hər şeyi KTMT-yə təqdim edəcəyik. Növbə ilə, qayda üzrə, hərbçilər necə deyəcəklərsə”-, Ovannisyan qeyd edib.

Əvvəla, məhz erməni tərəfin KİV təmsilçilərini atəşə tutması faktları məlumdur. İkincisi, digər xarakterli əməliyyatlar deyəndə, Ovannisyan yəqin ki, qaçmaqlarını nəzərdə tutur, sadəcə buna bər-bəzəkli don geyindirməyə çalışır.

Axşamdan xeyli keçmiş Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla növbəti dəfə telefonla danışıb. Paşinyan müharibənin başlnamsaına qarşı tutduğu prinsipial və konstruktiv mövqeyinə Fransaya təşəkkür edib. Tərəflər xarici muzdlu terrorçuların hərbi əməliyyatlarda iştirakının yolverilməz olduğunu bildiriblər. Fransa prezidenti hərbi əməliyyatların dərha dayandırılmasının və ATƏT-in Minsk qrupu həmsədr dövlətləri prezidentlərinin 1 oktyabr 2020-ci il bəyanatı məcrasında sülh prosesinin dirçəldilməsinin vacibliyini vurğulayıb.

Ermənistanın həqiqətən də Fransaya dəfələrlə və dönə-dönə təşəkkür etməsinə dəyər. Çünki rəsmi Paris və şəxsən Emmanuel Makron qədər həm müharibə dövründə, həm də sonra Azərbaycana qarşı ifrat qərəzli münasibət sərgiləyən dövlət və siyasətçi olmadı və olmayıb.
azvizion












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.