Tezliklə Qarabağda “sülhməramlılara” ehtiyac qalmaya bilər - GƏLİŞMƏ

16-10-2021, 09:29           
 Tezliklə Qarabağda “sülhməramlılara” ehtiyac qalmaya bilər - GƏLİŞMƏ
Qarabağda əsgərimizə qarşı xain terror aktının altını ermənilər hələ bundan sonra çəkəcəklər. Rusiya “sülhməramlıları”nın da buna şəkk-şübhəsi olmasın. Topaqlarımızda erməni quldur-terrorçu dəstələrinin sonsuzadək at oynatmasına Azərbaycan dövlətinin dözməyəcəyi ilə bağlı kimsə illüziya yaşamamalıdır. İstər Qarabağda rus hərbçiləri olsun, istərsə də olmasın.

Azərbaycana qarşı əllinə silah almış bütün ermənilərin hamısı gec-tez peşman ediləcək. Buna heç kim zərrəcə şübhə etməməlidir. Ağır yaralanmış 6 erməni qulduru nədir ki. Separatçılar buna şükür edəcəklər. Çünki davamı mütləq və sərt gələcək. Bir öldürülən əsgərimizə görə 10-20 erməni silahlısını məhv edəcəyik ki, bir daha ələ silah almağı xəyallarından keçirməsinlər.

*****

Bu xüsusda Azərbaycan Ordusu və dövlətinin qətiyyətini həm Qarabağda separatçı-kriminal ünsürlər, həm də onların tülkü kimi arxasında gizləndikləri rus hərbi kontingenti bir azdan daha qabarıq şəkildə görəcəklər. Hərbçilərimizə, maşın karvanlarımıza hücum eləmək cəsarətində bulunmağın ən ağır bədəlini isə ümumən “anklav”dakı 25 minlik (son məlumata görə, sayları 20 minə düşüb!) erməni əhali ödəyəcək. Onların arasında təlaş güclənəcək və bölgəni tərk edənlərin sayı artacaq - təbii ki, qanunlarımızı qəbul eləməyəcəkləri təqdirdə.

Artıq köç prosesi sürətlənib. Bunu erməni mənbələri də etiraf edir.

“Rusiya hakimiyyəti və Qarabağ bölgəsində yerləşən rus sülhməramlıları ermənilərin Qarabağdan emiqrasiya templərindən son dərəcə narahatdır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Qraparak” qəzeti yazıb.

“Onlar düşünürlər ki, köç nəticəsində demoqrafik mənzərə dəyişə və insanlar yaşamayan torpağı artıq qorumaya ehtiyac qalmaya bilər. Sülhməramlıların yerləşməsi ilə bağlı 5 illik müddət başa çatdıqda və Qarabağda ermənilərin sayının xeyli azaldığı məlum olduqda, onların ondan sonrakı mövcudluğu da havadan asıla bilər”, - deyə erməni nəşri qeyd edib.

*****

Əlbəttə ki, srağagünkü insident və verilən layiqli cavab Qarabağda ermənilərin Konstitusiyamızı saya salmadan yaşamasını bir az da müşkülə çevirəcək, nəinki onların təhlükəsizliyini artıracaq. Çünki Azərbaycan dövlətinin “sülhməramlılar” ola-ola da, bölgənin quldur dəstələrindən təmizləməkdə nə dərəcədə iradəli, prinsipial və güzəştsiz olacağına əminlik hasil edəcəklər. Necə ki, edirlər. Bu mənada son terror aktı erməni tərəfi üçün bumeranq effekti yaradacaq.

Yəni rusların arxasında gizlənib “qara işlər” çevirmək onlara getdikcə qat-qat baha başa gələcək. Bu da öz növbəsində sıravi ermənilərdə, o sırada Azərbaycan vətəndaşlığını qəbul eləməyə meyilli kəsimdə Rusiya hərbçiləri yanlarında olsa belə də özünəgüvən hissini sarsıdacaq.

Xankəndindən köç onsuz da heç vaxt dayanmayıb - müharibə çoxdan bitsə də. Çünki etibarlı gələcək, dinc və təhlükəsiz mövcudluq, normal dolanışıq problemi var. Hansı ki, başlarının üstündən “Domokl qılıncı” kimi asılıb və heç Rusiya da 1 ildir onlara yardımçı ola bilmir. Yuxarıda sadalanan problemlərin həlli isə Azərbaycan dövlətinin bayrağı altına keçmədən qeyri-mümkündür. Lap Qərb də bizim razılığımızla bölgəyə öz sülhməramlılarını göndərsə, xeyri olmayacaq.

Son qənaəti “Şeytan yuvası” Xankəndi və onun ətrafında, habelə hələlik nəzarət edə bilmədiyimiz digər şəhər-qəsəbələrdə ermənilərin satışa çıxardıqları evlərin artan sayından da görmək mümkündür...

*****

Yazı hazırlanarkən məlum oldu ki, dünən - oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər.

Azərbaycan Müdafiə Nazirliyi qanunsuz erməni silahlı dəstə üzvlərinə xəbərdarlıq edib: “Bildiririk ki, mülki tibbi yardım maşınından hərbi məqsədlər üçün istifadə edilməsi qəti yolverilməzdir, terrorçulara xas olan metoddur və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Bir daha xəbərdarlıq edirik ki, istənilən terror-təxribat xarakterli fəaliyyətlərin qarşısı tərəfimizdən dərhal və qətiyyətlə alınacaq”.

*****

Beləcə, 44 günlük Vətən müharibəsi nəticəsində düşdükləri siçan deşiyində tezliklə boğulacaqlarını yaxşı anlayan separatçı tör-töküntülər və terrorçular son cəhdlərini edirlər. Bu, əslində onların axırıncı çırpıntılarıdır və bizim üçün gözlənilməz də sayılmaz.

Belə təxribatların davamı istisna deyil. Ta ki, müqəddəs torpaqlarımızda bu murdarların, ağzın və yaramazların kökü kəsilənədək. Çünki belə aqibəti özləri istəyir və çoxdan haqq ediblər. O gün uzaqda deyil. Elə erməni faşistlərinə altdan-altdan dəstək verən Rusiya “sülhməramlıları”nın öz şələ-küləsini yığışdırıb Qarabağdan gedəcəyi gün də...
“Yeni Müsavat”шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.