Azərbaycanla Ermənistan beynəlxalq məhkəmədə üz-üzə! Hüquqşünas Fuad Ağayevlə “Canlı debat”

21-10-2021, 12:44           
Azərbaycanla Ermənistan beynəlxalq məhkəmədə üz-üzə! Hüquqşünas Fuad Ağayevlə “Canlı debat”
Azərbaycanın xarici işlər nazirinin müavini Ermənistanı "etnik təmizləmə" və ötən ilin sonunda regionda altı həftəlik müharibə başa çatdıqdan sonra belə ərazilərə mina yerləşdirməkdə davam etməkdə günahlandırıb. Birləşmiş Millətlər Təşkilatının Haaqadakı məhkəməsində münaqişə ilə bağlı ikinci işə baxış oktyabrın 18-də başlayıb.

Ermənistan bu ittihamları rədd edir.

Oktyabrın 14-də məhkəmədə Ermənistanın Azərbaycana qarşı şikayəti ilə bağlı dinləmələr keçirilib. Bu məhkəmə işi də keçən il 6600-dən çox insanın ölümü ilə nəticələnən və Azərbaycanın böyük ərazilərin nəzarətini bərpa etməsi ilə başa çatan müharibə ilə əlaqədar olub.

"Etnik təmizləmə və azərbaycanlılara qarşı zorakılığa təhrik kampaniyası davam edir" - deyə, Elnur Məmmədov oktyabrın 18-də Haaqada Ədalət Məhkəməsində bildirib.



Elnur Məmmədov əlavə edib ki, iddia edilən mina yerləşdirilməsi kampaniyası "Ermənistanın onilliklərdir davam edən etnik təmizləmə əməliyyatının davamıdır və bu əraziləri azərbaycanlılardan təmizləmək cəhdidir".

Ermənistan tərəfin nümayəndəsi Yeqişe Kirakosyan Azərbaycanın iddialarını rədd edərək, bunları "qondarma və özünümüdafiə" kimi qiymətləndirib.
O, Azərbaycanın özünün 1990-cı illərin əvvəllərində münaqişə bölgəsinə yüz minlərlə mina yerləşdirdiyini deyib.

Kirakosyan Azərbaycanın iddialarını "saxta ekvivalentlik məşqi" olduğunu deyib və bunu Azərbaycan tərəfindən "əsl qurban olduğu təəssüratı yaratmaq üçün bir taktika" adlandırıb.

"Ermənistan artıq minalanmış sahələrin iki xəritəsini verib və əlimizdə olan başqa xəritələri verməyə hazırıq" - deyə, Kirakosyan məhkəmədə bildirib.

Məmmədov münaqişənin Rusiyanın vasitəçiliyi ilə imzalanan müqavilə ilə başa çatmasından sonra müharibə zamanı və ondan sonra erməni qüvvələri tərəfindən yerləşdirilən minaların 65 mülki vətəndaş da daxil olmaqla, azı 106 azərbaycanlının ölümü və ya yaralanmasına səbəb olduğunu deyib.

"Ermənistanın azərbaycanlıları bu şəkildə hədəf alması və terrorizə etməyə davam etməsi üçün etibarlı hərbi və ya başqa bir səbəbi yoxdur" - deyə, Məmmədov bildirib.

Ermənistan keçən həftə keçirilən dinləmələr zamanı Azərbaycanı ciddi insan haqları pozuntularında günahlandırıb, Azərbaycan isə Ermənistan tərəfindən iddiaları rədd edib.

Hər iki ölkə tərəfindən irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına dair irəli sürülən iddiaları ilə bağlı məhkəmələrin yekunlaşması illər sürə bilər.

Azərbaycanla Ermənistan beynəlxalq məhkəmədə: hansı tərəf üstünlük əldə edəcək? İlkin nəticələr nədən xəbər verir? Bu, nəyin başlanğıcıdır və nəyə gətirib çıxaracaq? Ermənistanın şikayəti hansı məqamlarına görə qiymətləndirilməlidir?

Bu və gündəmdəki digər mövzuları vəkil Fuad Ağayevlə “Canlı debat”da müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/



Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat
musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.