Mehriban Əliyevanın təşəbbüsü ilə növbəti amnistiya olacaq

29-10-2021, 12:36           
Mehriban Əliyevanın təşəbbüsü ilə növbəti amnistiya olacaq
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktının qəbul olunacağı gözlənilir.

Unikal.org-un məlumatına görə, amnistiya aktının 8 Noyabr Zəfər günü ərəfəsində qəbul ediləcəyi bildirilir. Bu nəcib təşəbbüsün 10 mindən çox şəxsə şamil olunacağı gözlənilir. Onlardan 1500-ə yaxın məhbusun isə azadlığa çıxması mümkün olacaq.

Xatırladaq ki, ölkədə sonuncu dəfə amnistiya aktı 2016-cı ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib.

Orxan Həsənli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru