Qarabağı 2,2 milyardla yenidən qurmaq olarmı? - Ekspert danışır
29-10-2021, 16:07
Gələn ilin dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsait məlum olub.
Bu, Azərbaycan Respublikasının “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, işğaldan azad olunan yerlərin yenidən qurulması və bərpasına 2 milyard 200 milyon manat vəsait ayrılıb. Həmin ərazilərin bərpası üçün müəyyən edilən vəsait yetərlidirmi?
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib ki, yaxın illərdə bu cür büdcə xərclərini görəcəyik:
“Nəzərə almaq lazımdır ki, bərpa prosesi bir ilin işi deyil. İşğal olunmuş ərazilərdə 10 ilə yaxın tam bərpa prosesi gedə bilər. Builki vəsait tam bərpa üçün kifayət eləməyəcək. Onu qeyd edim ki, 2021-ci il üçün də bir o qədər vəsait ayrılmışdı. Büdcə xərclərimiz gələn il üçün təxminən 28 milyarddan bir az yuxarı olacaq. Gələn il üçün 2,2 milyard kifayət qədər çəkisi olan vəsaitdir. Hesab edirəm ki, yenidən infrastrukturların bərpası prosesi davam etdiriləcək, bu işlərin sürətini görürük”.
Ekspert bildirib ki, öncə təhlükəsizlik prosesləri getdi:
“İndi infrastruktur prosesləri hazırlanır, işlənilir. Bu işlər paralel getdikcə, xərclər paralel qoyulduqca, eyni zamanda investisiya cazibədarlığı artır. Yəni bu gün 2,2 milyard büdcə xərclərindən söhbət gedirsə, paralel olaraq, xarici investorların marağı artır və artıq xarici investisiya layihələrinin də başlanmasına start verilir. Yəni vəsait büdcədən ayrılan qədər deyil, ondan da artıq xarici investisiyalar cəlb olunub. Bunların hamısını bir araya gətirsək, əlbəttə ki, işlər daha da sürətlənəcək. Amma bu, bir ilin işi deyil. Bizim 2023, 2024, 2025-ci ilin büdcəsində, hətta yaxın onillikdə büdcəmizdə bu xərcləri görəcəyik”.
İqtisadçı illər keçdikcə ayrılan vəsaitin azalıb-artmasının həyata keçiriləcək layihələrdən asılı olacağını bildirib:
“İllər keçdikcə bu layihələr üçün ayrılan vəsait azala da, çoxala da bilər. Elə layihələr var ki, biz xərclərimizi daha da artırıb, ondan daha da çox mənfəət götürə bilərik. Yəni, bu xərclər ziyana hesablanmayıb. Bizim layihələrə diqqət etsək, görəcəyik ki, qısa zaman kəsiyində artıq gəlirliliklə, qoyduğumuz vəsaitin geri qayıtması ilə nəticələnəcək. Dəmir yolu, hava limanı, avtomobil yolları, tikinti işləri -bunlar hamısı iqtisadi canlanmaya hesablanıb. Bu gün hansısa inşaat işi aparılanda ona yardımçı olan 10-15 dənə sahə nəfəs almağa, canlanmaya başlayır. Bu nöqteyi-nəzərdən, layihələrin hamısı yenidən geri qayıtmaq istiqamətinə hesablanıb”.