Akif Təvəkküloğlu yeni vəzifəyə təyin olundu

1-11-2021, 11:41           
Akif Təvəkküloğlu yeni vəzifəyə təyin olundu
Milli Məclisin keçmiş mətbuat katibi, Əməkdar jurnalist Akif Təvəkküloğlu yeni vəzifəyə təyin olunub.

Teref.az saytı xəbər verir ki, Bakıvaxtı.az-ın məlumatına görə, Akif Təvəkküloğlu Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinə rəis təyin olunub.
Qeyd edək ki, Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş mətbuat katibi Nazim Ağamirov idi, o bu yaxınlarda dünyasını dəyişib.


Akif Təvəkküloğlu 2006-2020-ci illərdə Milli Məclisin mətbuat katibi vəzifəsində işləyib.

Akif Təvəkkül oğlu Nəsirov 1962-ci il dekabrın 1-də İmişli rayonunda anadan olub. Orta məktəbi 1979-cu ildə bitirib.
1981-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinə daxil olub. 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışıb.

Jurnalist karyerasına 1991-ci ildə "Molla Nəsrəddin" jurnalından başlayıb. Daha sonra fəaliyyətini televiziyada davam etdirib və 2006-cı ilədək Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru