Prezident çətiri özü daşıyır, icra başçısı və deputat isə bunun üçün işçi saxlayır - HƏQİQƏTƏN DƏ...

1-11-2021, 10:03           
Prezident çətiri özü daşıyır, icra başçısı və deputat isə bunun üçün işçi saxlayır - HƏQİQƏTƏN DƏ...
Qubadlı rayon İcra Hakimyyətinin başçısı Malik İsaqov və həmin rayondan deputat İmamverdi İsmayılov özünə “çətir tutan” işçi götürüb.

Vətən müharibəsi şəhidinin məzarı önündə işçiləri icra başçısının və deputatın başının üzərində çətir tutub.

Onların bu addımı sosial şəbəkələrdə ictimaiyyətin müzakirə obyektinə çevrilib, kəskin tənqid olunublar.

Sosial şəbəkə istifadəçiləri bildirib ki, dövlət başçısı özü çətirini daşıyır, amma yerli icra hakimiyyətinin başçısı və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən 30 ilə yaxındır mandat alan İ.İsmayılov isə işçi götürüblər. //Bakıvaxtı.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru