DƏHŞƏTLİ SSENARİ İŞƏ DÜŞÜB: Böyük güclər Türkiyəni çökdürmək üçün hərəkətə keçdi – ABŞ-ın Suriyada “Kürdüstan” yaratmaq planının ŞOK DETALLARI
1-11-2021, 16:43

Vaşinqtonun Ankaraya hücumlarının ardı-arası kəsilmir. Bu hücumlar həm iqtisadi, həm hərbi, həm diplomatik sahədə özünü göstərir. Üstəlik, miqrant axınını Türkiyəyə yönəldərək, qardaş ölkənin iqtisadi baxmdan müdafiəsiz duruma salınması xətti aparılır.
Ötən yazımızda ABŞ və İngiltərənin Türkiyəyə qarşı qərəzinin səbəblərini aydınlaşdırmışdıq. Türkiyəni aviasiya baxımından müdafiəsiz vəziyyətə salmaq və zəiflətmək taktikasının tərkib hissəsi kimi “F-35” ilə “F-16”-ların satılmaması, eləcə də son günlərdə diplomatik küncəsıxışdırma addımı kimi Osman Kavalanın azad olunmasını misal gətirilə bilərik. Əslində isə faktlar daha çoxdur və saymaqla bitib-tükənməz.
Haşiyə çıxaq ki, Osman Kavala 1957-ci ilin oktyabrın 2-si Parisdə anadan olub. O, İstanbulda Rober liseyinin, Orta Şərq Texniki Universitetinin, Mançester Universitetinin məzunudur. Kavala incəsənət qurumu olaraq fəaliyyətini davam etdirən “Anadolu Kültür”un təsisçisi və İdarə heyətinin sədridir.
ABŞ-ın Rusiyanı çevrələmək bəhanəsi altında, əslində, Türkiyəni mühasirəyə almaq siyasəti apardığı aşkardır. Bu çərçivədə Vaşinqtonun Yunanıstanı dövlət olaraq “hərbi baza” halına gətirməsi də təbii ki, birbaşa Anadoluya qarşı yönəlmşdir.
Məlumdur ki, enerji qaynaqları dünyada getdikcə azalır. Enerji mənbələri uğrunda gedən mübarizədə əsas oyunçulardan biri Avropa dövlətləridi ki, Rusiyaya qarşı bu qitənin hazırda "yalvarış duruşu" aldığını görürük. Doğrudur, hələ dövrümüzün enerisi neft-qazdır, amma dünyanın nüfuz dairələrinə bölünməsini faktiki həyata keçirən güclər çoxdan gələcəyin enerjisi olacaq resurs yataqlarının olduğu Anadolu torpaqlarını ələ keçirmək dərdindədirlər. Türkiyənin ətrafında mühasirə şəklində yerləşmə siyasətinin məqsədi də perspektivdə Anadolu torpaqlarında mövcud olan, gələcəyin enerjisi olaraq bilinən bor və torium yataqları, həmçinin bəlkə də bizə açıqlanmayan, bizə məlum olmayan resurslardır. Yeni dövrdə ən azı silah qədər önəmli olan qida üçün də vacib olan su və torpaq elementləri baxımından da Anadolu torpaqları əhəmiyyət kəsb edir. Çünki Yaxın Şərqin əsas su mənbələri olan Fərat və Dəclə çayları və Anadolu torpaqları əslində həyat mənbəyidir.
Son günlərdə Ankaraya qarşı Osman Kavalanı bəhanə gətirməklə addım atıldı. Aydındır ki, insan hüquqları sahəsində "təmiz keçmişə" malik olmayan, ABŞ başda olmaqla 10 dövlətin Türkiyə ilə Osman Kavala məsələsi ilə bağlı yaşadığı qalmaqalın pərdə arxasında rəsmi Ankaraya qarşı qərəzli mövqeyə haqq qazandırlımasına "ayaq yeri qoymaq" məsədi durur. Məlumdur ki, Türkiyə pulunu ödədiyi, amma ala bilmədiyi “F-35”-lərin yerinə, Vaşinqtondan ya pulu geri qaytarmağı, ya da “F-16” qırıcılarını tələb etmişdi. İki gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasında keçirilən görüşdə də bu məsələ çox net şəkildə qoyulub.
Lakin 10 səfirin Osman Kavalanı tələb etməsi “F-16”-ların da verilməməsinə, həm də Türkiyəni "şeytanlaşdırmaq" niyyətinə əsas yaratmağı nəzərdə tuturdu ki, Ankaraya qarşı açıq hücuma bəhanə formalaşsın. Bəs, Türkiyəni bu cür təqdim etməyin arxasında nə dura bilər? Əlbəttə, ilk növbədə Türkiyəni insan hüquqları məsələsində haqsız çıxarıb, onun qarşısına qoyulacaq tələblərin qarşısında özünü müdafiə edə bilməməsini təmin etmək, yaxud özünümüdafiə alətlərinin - söz haqqının alınmasına nail olmaq.
İlk addım kimi Yunanıstanın "dişlərinə kimi silahlandırılması" ilə Vaşinqton özü hüquqi cəhətdən kənarda qalacaq, meydanda döyüşçü kimi rəsmi Afina görünəcək. ABŞ faktiki olaraq Suriyada PKK/YPG ilə - terror dəstələri ilə təmsil olunur. Bəs, bu ABŞ-PKK/YPG əməkdaşlığının hansısa nəticəsi olacağı hesaba alınırmı? Vaşinqton, əlbəttə, hər hansı addım atarkən mənfəətini hesaba almmış deyil. Elə, 2021-ci il oktyabrın 10-da ABŞ-ın Suriyadakı keçmiş səfiri Robert Fordun bu ölkənin şərqində ABŞ çətiri altında faktiki kürd dövlətinin yaradılmasının qaçılmaz olacağını bildirməsi də bunu sübut edir. ABŞ-ın Suriyada "Əsəd rejiminə qarşı mübarizə" adı altında döyüşən kürd qruplaşmalarına dəstəyini davam etdirməsi təbii olaraq Türkiyənin reaksiyalarına səbəb olsa da, Ankaranın narahatçılığını haqlı çıxardan iddia ortaya atıldı. Bu təklif açıqlanmamışdan əvvəlki həftə iki Suriya nümayəndə heyətinin Vaşinqtona səfər etdiyini, ancaq ortaq baxış olmadığı üçün bir-birləri ilə görüşmədiyini bildirən Robert Ford, “Şarkul Avsat”dakı məqaləsində Vaşinqtonun muxtar kürd administrasiyasına və onun qüvvələrinə dəstəyini səsləndirib. Səfir bildirib ki, Vaşinqton nə qədər çox dəstək verərsə, Suriya kürdlərinin Əsəd rejimi ilə anlaşması bir o qədər çətin olacq.
“Milliyet” qəzetində yer alan xəbərə görə, Ford deyib: “Muxtariyyət administrasiyası bu mövzuda güzəştə getməyəcək və amerikalılar Əsədi güzəştə getməyə məcbur edə bilməyəcək. Belə durğunluq şəraitində kürd müxatriyyatı faktiki olaraq Amerika hərbçilərinin çətiri altında kiçik dövlətə çevrilir". Məqalədə ABŞ administrasiyasının Milli Koalisiyadakı İslami qruplardan və Türkiyənin illərdir bu qruplara verdiyi dəstəkdən narahat olduğunu iddia edən Ford, muxtar kürd rəhbərliyinə və terror təşkilatı YPG-yə amerikalıların İŞİD-ə qarşı uğurlu mübarizəsi çərçivəsində təşəkkür edib. Suriya kürd nümayəndə heyətlərinin səfərindən sonra sentyabrın 29-da ABŞ Dövlət Departamentinin bölgədə “sabitlik” olduğunu vurğulayan bəyanatını şərh edən Ford, bunun "muxtar kürd administrasiyasını" Rusiya, İran, Türkiyə və Əsəd qüvvələrindən qorumaq üçün diplomatik dillə yazıldığını bildirir. Onun sözlərinə görə, bu ona görə edilir ki, ABŞ qüvvələri Suriyanın şərqində qalsın. O, ABŞ-ın sözügedən bəyanatla Suriya Demokratik Qüvvələri (SDQ) və terror təşkilatı PKK-nın Suriya qolu kimi tanınan YPG-yə İŞİD-ə qarşı mübarizədə yardımlarını davam etdirəcəyini vəd etdiyini vurğulayıb. Digər tərəfdən bəyan edilib ki, Suriyadakı muxtar kürd administrasiyası Vaşinqton administrasiyasından Sezar sanksiyalarından azad edilməsini və xüsusilə də neft hasilatının artırılmasına dəstək verilməsini istəyib. Demokratik Suriya Şurasının İcraiyyə Şurasının sədri İlham Əhmədin Amerika şirkətlərinə neft yataqlarının təmirində kömək etməyi və daha çox humanitar yardıma nail olmağı hədəflədiyini vurğulayan Ford, Bayden administrasiyasının Suriyadakı kürdlərə daha çox iqtisadi yardım etdiyini də bəyan edib.
Prezident R.T.Ərdoğanın fəaliyyətindən narazılığını açıq şəkildə ifadə etdiyi Baydenin Yaxın Şərq üzrə müşaviri Brett Makqurk haqqında danışan Ford bildirib ki, Trampın ABŞ qoşunlarını Əfqanıstandan çıxarma qərarına görə 2019-cu ildə istefa verən Makqurkun reputasiyası muxtar kürd rəhbərliyi ilə işin nəticəsidir. Onun sözlərinə görə, Əfqanıstandan çəkildikdən sonra Bayden administrasiyası Suriyanın şərqində İŞİD-i cilovlamaq üçün "qəti plana" ehtiyac duyur və Baydenin yeganə planı Suriya kürd silahlıları və muxtariyyatıdır.
Beləliklə, qarşımızda formalaşan mənzərə nədir… Nəinki bölgə, eləcə də dünya mediasında tirajlanan Turanın yaradılması xəbərlərinin arxa planında ABŞ-ın “Kürdüstanı” yaratmaq niyyəti kölgədə saxlanılır. Təxmini 100 il əvvəl Anadolunun Türk coğrafiyasından qoparılıb bloklanması necə aparılırdısa, indi də Türkiyənin mühasirəsinin başa çatdırılması prosesi aparılır. O zaman Türkiyənin kürəyindən bıçaq vuran qüvvə - ərəb qəbilə başçıları, onların silahlı dəstələri idisə, indi bu rolu PKK/YPG oynayır. Rollar dəyişsə də, oyunçular eynidir.
Bəs, Türkiyəni çevrələmək taktiki tapşırığının hərbi cinahında kimlər var? Oktyabrın 17-dən İsraildə keçirilən "Mavi Bayraq 2021" hərbi təlimləri bu günə qədər ən geniş miqyasda baş tutan təlimlərdir. Xatırladaq ki, təlimdə İsraillə birgə Almaniya, İtaliya, Britaniya, Fransa, Hindistan, Yunanıstan və ABŞ iştirak edib. İsrail hərbi ofisi bildirib ki, təlimdə “F-35”-lər də daxil olmaqla, 4-cü və 5-ci nəsil aviasiyası iştirak edib. Bu təlimin nəyə hazırlıq olduğuna toxunsaq, niyyətin kimə qarşı olduğunu da çox düşünməyə ehtiyac qalmır. Bəllidir ki, "Abraham Accord" razılaşması nəticəsində ərəb dövlətləri ilə İsrailin münasibətləri çox yumşaldı və demək olar ki, İsrail bu ərəb dövlətçiklərinin başını çəkən dövlət halına gəldi. Bu təlimin ərəb dövlətlərinə qarşı olmadığı aydındır. Türkiyə NATO-nun ikinci ordusu olmasına baxmayaraq, təlimdə yoxdur. ABŞ-ın Yunanıstanı silah-sursatla dolduraraq hərbi forpostuna çevirməsini də göz önünə alsaq, hərbi təlimin Türkiyəyə qarşı keçirildiyi ehtimalının böyük olduğunu deməliyik. Üstəlik, ABŞ-ın keçmiş səfiri Robert Fordun Suriyanın şimalında ABŞ-ın çətiri altında kürd muxtariyyatının qurulması zamanının da gəldiyini söyləməsi, İsrailin Qolan təpələrini ilhaq etdiyini açıqlamasını, Suriyada ABŞ-Rusiyanın razılığa gələ bilmək ehtimalının böyük olduğunu, Kreml-Vaşinqton-Tel-Əvivin Suriyanın bölünməsi mövzusunda anlaşdıqlarını ağla gətirir.
“Bu, həm strateji, həm də taktiki səviyyədə vacib və əhəmiyyətli təlimdir”, - deyə İsrail Silahlı Qüvvələri (İDF) Baş Qərargah rəisi general-leytenant Aviv Kohavi təlimi ziyarət əsnasında bildirib ki, “dünyanın hər yerindən hava qüvvələri ilə unikal əməkdaşlıq İsrail Dövlətinin strateji dövlətinin ifadəsidir”. Təlim “hava-hava və hava-yer” tipli hücumlara, habelə yerüstü hava hücumundan müdafiə sistemlərindən yayınmağa “və müxtəlif əməliyyat ssenarilərinə diqqət yetirməklə, “iştirakçı qüvvələrin düşmən ərazisində əməliyyat imkanlarının genişləndirilməsi və təkmilləşdirilməsinə” yönəldiləcək", - deyə komandan bildirib. Uvda aviabazasından kənarda Negev səhrasında keçirilən iki həftəlik təlimdə ilk dəfədir ki, Britaniya qırıcı eskadrilyası İsrailə yerləşdirilib. Hindistanın da "Mirage" qırıcı eskadronu İsrailə göndərməsi və Fransa "Rafael" eskadronunu yerləşdirməsi ilk dəfədir. Belə sual yaranır - İsrailin İrana qarşı mövqeyini qabartmasına baxmayaraq, Hindistan və Fransanın İrana qarşı hər hansı neqativ münasibətinə nə vaxtsa rast gəldikmi? Xeyr. Bəs, təlimdə iştirak edən digər ölkələrdə bunu gördüküm? Xeyr. O zaman İsrailin bu təlimləri İrana qarşı keçirilməsinin məntiqli olmasından çox, Türkiyəyə qarşı keçirilməsi daha çox məntiqlidir.
Bütün bunlardan aydın olru ki, Türkiyənin Suriyada hərbi mövcudluğuna son verməyə məcbur etmək başlıca hədəfdir. Şübhəsiz, Bəşər Əsədin dili ilə “Türk ordusu Şərqi Suriyadan qoşunları çəksin” bəyanatları da terror dövlətinin yaranmasının qarşısında tək əngəl olan Türk ordusu maneəsini aradan qaldırmağa yönəlib. Planın son məqsədi Suriyadan çıxarılan nefti terror dövləti vasitəsilə Avropaya çıxarmaqdır. Daha sonra isə, əvvəldə dediyimiz kimi, gələcəyin enerji resurslarının çox hissəsi yerləşən ölkəni - Türkiyəni nəzarətə almaq niyyəti gündəmdədir.
Bir sözlə, bu terror dövlətinin yaradılması ilə Avropa və ABŞ həm Suriya neftinin, həm Şərqi Aralıq dənizinin İsrail hissəsində olan Levanta adlı yerdə tapılan qazın, həm Aralıq dənizinin Türkiyə hissəsindəki qazın, həm də Türkiyənin gələcəyin yanacaq resurslarının - bor, torium, bəlkə də hələ açıqlanmayan, amma imperialistlərin bildikləri təbii ehtiyatların perspektivdə Avropaya daşınmasını hədəfləyir ki, bunlar da dünyanı sümürən imperializimin hədəfləridir.
Daha bir məqam. ABŞ prezidenti Co Bayden 2021-ci il 25 oktyabrda Ağ Evdə Konstantinopol Patriarxı Varfolomeyi qarşıladı və Patriarxı otuz illik mənəvi və Ruhani rəhbərliyi münasibətilə təbrik etdi. Buna qədər isə 81 yaşlı Varfolomey ABŞ dövlət katibi Entoni Blinkenlə görüşmüşdü. Varfolomey Türkiyədə yerləşən Konstantinopol patriarxı, Şərq pravoslav kilsəsinin başçısıdır. Konstantinopol Bizans-Roma imperiyasının paytaxtı idi. Həm London, həm Vaşinqton özünü həmin Romanın varisi hesab edir...
2002-ci il 24 iyul tarixində ABŞ-ın Nevada ştatında "Millienium Challenge 2002" adlı təlim keçirilmişdi. NATO ölkələrinin daxil olduğu təlimdə ABŞ, Britaniya, Almaniya, Fransa iştirak etmişdi. Xatırlayaq ki, Lozan müqaviləsinin bağlanma tarixi də "24 iyul" 1923 idi. Təlimdə 13 min əsgər iştirak etmişdi. Təlimin mövzusu iki boğaza sahib, bir ada ölkəsi (Kipr) ilə mübahisəsi və etnik azlıqlardan ibarət olan ölkə olmuşdu ki, bu Türkiyədir. Təlimin məqsədi kimi bu ölkədə baş verən zəlzələyə “kömək etmək” göstərilirdi. Yəni ssenariyə görə, Türkiyəd zəlzələ baş verir və adları çəkilən NATO dövlətləri bu ölkəyə köməyə gəlir. Bu prosesin gedişində isə movcud hökumət devrilir, 96 saat içində NATO ölkələri hədəf ölkəni işağl edirlər. Süni zəlzələ ağlabatan variant kimi görünməyə bilər, amma nahaq yerə. Bu yay aylarında Türkiyənin müəyyən ərazilərinin sirli şəkildə süni şəkildə yandırılması baş verdimi? Verdi. Süni zəlzələ yaratmaq da mümkün sayılmalıdır. Süni yanğınlar DEW silahı ilə necə törədildisə, ABŞ, Çin və Rusiyanın əlində olan HAARP texnologiyası ilə süni zəlzələ də törədilə bilər.
İndi Türkiyənin ətrafında hörülən dəmir torun məqsədi eynidir. Məqsəd PKK-nın başını əzən, Suriya və İraqda səlibçi-sionist ittifaqının "podratçıları" üçün ən ciddi təhlükə olan Türkiyə Silahlı Qüvvələrini fəaliyyətsiz - təsirsiz hala gətirmək, TSK-nın NATO-Qərbin aləti etməkdir. Ordu diz çökdürüldükdən sonra, gücü zəifləmiş Türkiyə hökumətini diz çökdürmək, yaxud ən optimal versiya kimi hökumət çevrilişini reallaşdırmaqdır.
Osman Kavala qalmaqalından sonra persona-non-qrata elan edilən səfirlərdən ikisinin qaçaraq Abdullah Gülün yanına qaçması da son günlərdə dilləri açılan "Troya Üçlüyü"nün -Abdullah Gül, Əhməd Davudoğlu, Əli Babacan triosunun aktivləşməsi də, çox güman ki, qəsdən yaradılan iqtisadi təlatümlər fonunda hökumət çevrilişinə zəmin yaratmaq məqsədi daşıyır.
Sonda onu da deyək ki, özünü Türkiyə ilə müttəfiq kimi göstərən, ikitərəfli ticarət müqaviləsi imzalayan, PUA texnologiyasını Türkiyəyə veridyi deyilən rəsmi Londonun mövqeyi də Vaşinqtonunkundan geri qalmır. 100 il əvvəl Osmanlını çökdürməkdə əsas hərbi rolu Britaniya imperiyası oynayırdısa, indi London ABŞ-ın ön planda rol almasını təmin edir. Arxa planda qalmağı, görünməməyi tərcih edən London özünə əziyyət vermədən ABŞ-ın hərbi gücünü "maşa kimi istifadə etməyə üstünlük verir. Hətta hamının müzakirə etdiyi, gündəmdə olan Turanın baş tutması variantında London yenə Türkiyəylə əməkdaşlıqla bu layihədə önəmli rol oynamağı nəzərdən qaçırmır. Bu dəfə Londonun benefiti kimin hesabına təmin oluna bilər? Türk əsgərinin hesabına. Necə deyərlər, Böyük Britaniya "son türk əsgərinə qədər vuruşmağa hazırdır". Əsrin əvvəlində isə bu deyim rus əsgərləri üçün deyilirdi.
Sonda isə deyək ki, vəhşi imperializmin qurduğu tələlərə, məkrli planlara baxmayaraq, Türk ağlının qalib olacağına inanırıq. Çünki belə də olmalıdır, başqa variantımız yoxdur.
Qafqaz.media