Amnistiya aktı ilə bağlı açıqlama: 10 min nəfərə şamil ediləcək, 1500 nəfər azadlığa buraxılacaq

2-11-2021, 12:00           
Amnistiya aktı ilə bağlı açıqlama:
"Zəfər günü ilə bağlı amnistiya aktının imzalanacağı barədə mən də sosial şəbəkələrdən məlumat əldə etmişəm. Yayılan məlumatlara görə, amnistiya aktı birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçiriləcək və təxminən 10 min nəfərə şamil ediləcək. Amnistiya aktının imzalanması nəticəsində 1500 nəfər tamamilə azad ediləcək, digərlərinin isə cəzasının azaldılması qərarı veriləcək".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, bu, olduqca məntiqi addımdır: "Sonuncu dəfə 28 may 2016-cı il tarixində, o vaxtkı Respublika, indiki Müstəqillik Günündə Mehriban Əliyevanın təşəbbüsü ilə təxminən 10 min məhbusu əhatə edən belə bir amnistiya aktı imzalanmışdı. Yəqin ki, yaxın günlərdə daha dəqiq məlumat paylaşılacaq".

E.Nəsirovun dediyinə görə, təşəbbüsün çox böyük mənası və əhəmiyyəti var: "Biz belə amnistiya aktlarının Azərbaycan üçün əhəmiyyətli günlərdə imzalandığının şahidi oluruq. Zəfər günü də Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Ötən il 44 gün ərzində Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sözün əsl mənasında tarix yazıb".



Nəzrin Cavid












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru