Şeyxin deputat qardaşından səhvlərlə dolu yeni status: - Yenə məsxərəyə qoyuldu

3-11-2021, 12:42           
Şeyxin deputat qardaşından səhvlərlə dolu yeni status: -
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin deputat olan qardaşı Cavanşir Paşazadə yenidən "Facebook" hesabındakı paylaşımında kobud orfoqrafik səhvlərə yol verib.

Oxu.Az-ın məlumatına görə, Cavanşir Paşazadə paylaşımında "Millət vəkili" sözünü "Millət Vəkili", "müraciətlərin" sözünü "müraciyyətlərin", "torpaqlarımızın" əvəzinə "torpağlarımızın" kimi qeyd edib.

Bu səhvləri ilə deputat ümumiyyətlə Azərbaycan dilinin ən bəsit orfoqrafik normalarından belə xəbərsiz olduğunu nümayiş etdirib.

Deputatın paylaşımı yenidən sosial mediada geniş müzakirələrə səbəb olub. Cavanşir Paşazadə daha sonra paylaşımını silib.

Qeyd edək ki, bir neçə gün əvvəl də deputat cəmi bir cümlədən ibarət olan paylaşımında "prezident" sözünü "prizident", "tərəfindən" əvəzinə "tərəfinnən", "müşahidəçi" sözünü "muşahidəçi", "Azərbaycan" sözünü "Azarbaycan" olaraq qeyd etmişdi.

O, bu səhvlərə görə tənqid edilib və gülüş obyektinə çevrilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru