Mühacirətdə oxunan bayraq mahnısı – Nadir səs yazısı

10-11-2021, 10:16           
Mühacirətdə oxunan bayraq mahnısı –
Şair Əhməd Cavadın Osmanlı dövlətinin bir qələbəsi münasibətilə yazdığı “Çırpınardın Qara dəniz” şeiri və bu şeirə bəstələnən mahnı həm Türkiyədə, həm də Azərbaycanda sevilməkdədir.

Bu mahnı hər iki ölkədə daha çox müğənni Azərinin ifasında tanınsa da, Türkiyədə hələ 70-80 il əvvəl Azərbaycan Musiqi Heyəti tərəfindən ifa edilib, səs yazısı qeydə alınıb.

Mühacirətdə muğam ustadımız Məşədi Məhəmməd Fərzəliyevin (Türkiyədə Mehmed Ferzalı və Mehmed Çaylı kimi tanınıb) rəhbərliyində qurulan bu heyətin Türkiyə arxivlərində qorunan ona yaxın səs yazısı var.

Həmin ifalardan ən önəmlisi isə məhz “Çırpınardın Qara dəniz”dir.

Səs yazısının nə zaman qeydə alındığını bilmirik. Amma heyət daha çox 1930-cu illərdə aktiv olub. Səs yazısı böyük ehtimalla Məşədi Məhəmməd Fərzəliyevə aiddir.

Teleqraf.com nadir səs yazısını təqdim edir:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru