“2025-ci ildə Qarabağda sabitlik pozulacaq...” - Məşhur ekspertdən bədbin proqnoz
10-11-2021, 12:58

“Növbəti ded-layn - son müddət 2025-ci ildir, o zaman Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının mandatı başa çatır”.
Moderator.az xəbər verir ki, bunu “Kommersant” nəşrinə müsahibəsində “Qarabağda mövcud vəziyyət uzun illər üçün yeni status-kvodurmu, yoxsa yaxın gələcəkdə dəyişəcəkmi” sualına cavabında məşhur Britaniya eksperti Tomas de Vaal söyləyib.
“Əlbəttə, həmin müddətin beş il uzadılması nəzərdə tutulur, lakin Azərbaycanın veto hüququ var. Qarabağ erməniləri mümkün olan ən yüksək de-fakto statusu ilə evlrərində qalmaq üçün əllərindən gələni edəcəklər. Azərbaycan isə ermənilərə və Rusiya sülhməramlılarına maksimum təzyiq göstərəcək. Bu məsələyə ciddi yanaşılmasa, yeni münaqişənin mütləq başlayacağını proqnozlaşdırmıram. Mən 2025-ci ilə qədər sabitliyin pozulmasını proqnozlaşdıra bilərəm, bunu belə deyək”- ingilis ekspert əlavə edib.
Onun sözlərinə görə, Rusiyanın sülhməramlı missiyalarına başladığı yerdə o, uzun müddət qalır:
“Əgər onlar Qarabağ ermənilərini müdafiəsiz qoysalar, bu, Rusiya tərəfindən siyasi uğursuzluq olardı. Düşünürəm ki, Moskva buna ciddi baxır. Amma başqa sual odur ki, Moskva ilə Bakı arasında böyük sövdələşmə olacaq, bu bazarlıq təkcə Qarabağ ətrafında aparılmayacaq. O, başqa, tamamilə təsadüfi suallara da toxuna bilər”.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin mümkün görüşündən danışan ekspert qeyd edib ki, mühüm aktual məsələlər var - hərbi əsirlərin problemi, minalanmış sahələr məsələsi və s.
“Düşünürəm ki, bu məsələlərdə dəyişiklik olarsa, Rusiya belə bir görüş keçirəcək. Məsələn, bir neçə erməni əsiri azad etmək mümkün olarsa. Amma əsas məsələ Ermənistan üzərindən Qərbi Azərbaycanla Naxçıvan arasındakı əlaqədir. Moskva bu məsələdə sakitdir, amma susmaq heç nə etməmək demək deyil. Düşünürəm ki, məsələnin hansısa kompromis həlli üzərində işlər gedir. Bunun açıqlanacağı məqam gələcək”- deyə T. Vaal bildirib.