İlham Əliyev: "Təmas xəttindəki vəziyyət narahatlıq doğurur"

7-04-2016, 00:04           
İlham Əliyev: "Təmas xəttindəki vəziyyət narahatlıq doğurur"
Rusiya xarici işlər naziri ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Dağlıq Qarabağda təmas xəttindəki vəziyyət narahatlıq doğurur.

Virtualaz.org RİA "Novosti"yə istinadən xəbər verir ki, İlham Əliyev görüşdə deyib: "Məlum olduğu kimi, son günlər qoşunların təmas xəttində vəziyyət kəskinləşib, insan itkiləri var. Əlbəttə ki, bu narahatlıq doğurur".

Öz növbəsində, Sergey Lavrov qeyd edib ki, Rusiya Dağlıq Qarabağda atəşkəs rejiminin qorunması üçün əlindən gələni edəcək. "Vəziyyəti sakitləşdirmək lazımdır", - Lavrov belə deyib.

* * *21:44

Virtualaz.org RİA «Novosti» agentliyinə istinadən xəbər verir ki, Rusiya XİN başçısı Bakıda gəldikdən sonra onunla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş başlayıb.

* * *21:33

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gəlib. Virtualaz.org «İnterfaks» agentliyinə istinadən xəbər verir ki, aprelin 7-də Azərbaycan paytaxtında Rusiya, İran və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Rusiya XİN-dən verilən məlumata əsasən, cümə axşamı Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında ikitərəfli görüş keçiriləcək. Həmin görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsində yaranmış son vəziyyət olacaq.

* * *19:09

Aprelin 6-da Azərbaycan prezidenti İlham Əliyevlə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşü keçiriləcək. Virtualaz.org bildirir ki, bu məlumatı Azərbaycan dövlət başçısının mətbuat xidmətinin rəhbəri Azər Qasımova istinadən RİA «Novosti» agentliyi verib.

«Yaxın zamanda Azərbaycan prezidenti ilə Rusiya XİN rəhbərinin görüşü keçiriləcək. Görüşün təfərrüatı ilə bağlı mətbuat xidməti məlumat verəcək», - Qasımov belə deyib.

Xatırladaq ki, daha öncə Sergey Lavrovun aprelin 7-də Bakıda azərbaycanlı və iranlı həmkarları ilə üştərəfli görüş keçirəcəyi bildirilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.