3 ölkənin Rusiyaya qarşı 10 maddəlik şok planı

26-03-2022, 10:28           
3 ölkənin Rusiyaya qarşı 10 maddəlik şok planı
Polşa Sloveniya və Çexiya ilə birlikdə Ukraynada müharibəni bitirmək üçün AB-nin yerinə yetirməli olduğu 10 maddədən ibarət plan hazırlayıb.

Axar.az xəbər verir ki, bu barədə Polşa Baş naziri Mateuş Moravetski “Politiko” nəşrində yayımlanan məqaləsində bildirib.

“Qərb Rusiyaya qarşı 4 sanksiya paketi tətbiq edib, amma müharibə davam edir. Tədbirlər yetərli deyil. Daha böyük və daha sürətli addımlar atmaq lazımdır.

Ona görə də 3 ölkə növbəti addımları təklif edir:

1. Rusiyanın bütün bankları SWİFT-dən çıxarılmalıdır, yoxsa rus iqtisadiyyatı bir neçə həftə ərzində yeni şərtlərə adaptasiya olunacaq;

2. Moskvanın cinayətkar rejimi üçün vuruşmaq istəməyən rus əsgərlərinin yerləşdirilməsi istiqamətində vahid siyasət yeridilməlidir;

3. Rusiyanın Avropadakı təbliğatı tamamilə dayandırılmalıdır;

4. Rus gəmiləri Avropanın bütün limanlarında bloklanmalıdır;

5. Belə bir blokadanı Rusiyadan gələn və Rusiyaya gedən avtomobillər üçün də etmək lazımdır;

6. Sanksiyalar təkcə oliqarxlara deyil, bütün biznes mühitinə tətbiq edilməlidir;

7. Rusiyanın Avropaya getmək istəyən bütün vətəndaşlarına vizanın verilməsi dayandırılmalıdır. Rusiya xalqı anlamalıdır ki, müharibəyə görə nələr alır;

8. Vahid Rusiya Partiyasının bütün üzvlərinə sanksiya tətbiq edilməlidir;

9. Hərbi məqsədlər üçün istifadə oluna biləcək texnologiyaların Rusiyaya ixracına tam qadağa qoyulmalıdır;

10. Rusiya bütün beynəlxalq təşkilatlardan çıxarılmalıdır. Cinayətkarlarla bir masada oturmaq olmaz", - baş nazir qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru