Rus Pravoslav Kilsəsində böyük parçalanma...

26-03-2022, 10:53           
Rus Pravoslav Kilsəsində böyük parçalanma...
Rus Pravoslav Kilsəsi Ukrayna müharibəsini təqdis etdikdən sonra parçalanmağa başlayıb. Artıq əksər provoslav kilsələri ondan üz döndəriblər. Hətta Rusiya daxilindəki bir sıra kilsə liderləri Rusiya Pravoslav Kilsəsinin yepiskopu və Moskva Patriarxı I Kirilli lənətləyir, onu Adəm peyğəmbərin oğlu, qardaş qatili Qabillə müqayisə edirlər. Onların fikrincə, I Kirillin düşünülməmiş bu hərəkəti Rusiyaya heç bir uğur qazandırmayacaq, əksinə, Moskvanı ortodosk xristianlarının mənəvi paytaxtı olmaqdan çıxaracaq, yenidən Fənər Rum Patriarxlığının nüfuzunu artıracaq və beləcə İstabul yenidən ortodoks xristianlarının mənəvi mərkəzinə çevriləcək.
Qeyd edək ki, Fateh Sultan Mehmed İstanbulu fəth etdikdən sonra Fənər Rum Patriarxlığı zəifləmiş və Moskva kilsəsi ortodoksların dini mərkəzi halına gəlmişdir. Hazırda ortodoks xristianlarının sayı 280 milyondur və onun yalnız 100 milyonu Rusiyada yaşayır. Hətta Rusiyadakı ortodoksların hamısı Moskva kilsəsindən üz döndərdiyini nəzərə alsaq, Putinin müharibədə uğursuzluğu artdıqca, Türkiyənin təsir dairəsinə düşən coğrafiyanın böyümə ehtimalı yaranır.
Kölgə CIA kimi tanınan “Stratfor”un ötən il yayımladığı Türkiyə-2050 xəritəsinə Rusiyanın da bəzi ərazilərinin salınmasına bir də bu aspektdən yanaşanda bəzi daşlar öz yerinə oturur.
Heyder Oguz
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.