Azərbaycana keyfiyyətsiz qidalar gətirilir

3-04-2022, 08:19           
Azərbaycana keyfiyyətsiz qidalar gətirilir
AQTA mümkün olanı edir. Lakin nədənsə, dövlət qurumları arasında bir-biri ilə əlaqə yoxdur

Azərbaycanda sertifikatsız malların satışını reallaşdıran şəxslər barəsində cəza tədbirləri gücləndiriləcək. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə keçirdiyi görüşdə müzakirə olunur.

Akkreditasiya standartlarına cavab verməyən məhsullar Azərbaycana həm xaricdən idxal, həm də yerli istehsal vasitəsilə daxil olur. Ölkəmizə xaricdən sertifikatsız mallar əsasən, Türkiyədən, Rusiyadan, Çindən gəlir. Bununla bağlı insanlar maariflənməlidir. Mallar haqqında kifayət qədər məlumatlar verilməlidir. Həmçinin onların normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə informasiyalar təqdim edilməlidir.
Azad İstehlakçılar Teref.az yazır ki, birliyinin sədri (AİB) Eyyub Hüseynov "Şərq"ə açıqlamasında AQTA-nın qida təhlükəsizliyini təmin etdiyini vurğulayıb: "AQTA-nın əsasnaməsində keyfiyyət məsələsinə toxunulmur. Ona görə də əmtəə bazarında kifayət qədər təhlükəsiz olsa da, yararsız mallar var. Belə məhsullar istehlakçıların həyatına tədricən ciddi problemlər gətirə bilər.

Həmin o İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tərkibində olan Standartlaşdırma İnstitutunda Sertifikatlaşdırma şöbəsi fəaliyyət göstərir.

Hansı düşüncəyə əsasən, bu qurum 18 may 2021-ci ildə Nazirlər Kabinetinin 343 saylı qərarını, yəni məcburi sertifikatlaşdırılan mallar siyahısını ləğv edib?! Orada ərzaq malları, tikinti materialları, elektrik avadanlıqları və s. kimi 150-dən artıq məhsul adı var. Onlar ölkənin əmtəə bazarına daxil olmazdan əvvəl mütləq yoxlanmalı və sertifikatlaşdırılmalı, daha sonra əmtəəyə daxil olmalıdır.

Həmin qərar çıxarılıb. Digər tərəfdən də qeyd edirlər ki, sertifikatsız malların satışı qadağan olunacaq. Təəssüf ki, sözügedən qurum məntiqsiz işlərlə məşğul olur.

2018-ci ildən yaranmasına baxmayaraq bazarı qorumaq üçün heç bir iş görmür. Cənab Prezident iqtisadi toplantılarda daim bazarda monopoliya, inhisarçılıq, kartel sövdələşməsi məsələlərini diqqətə çatdırır. Görək, indi bu qurum kartel sövdələşmələrini müəyyən edibmi?! 10 ildən çoxdur antiinhisar məcəlləsi qəbul olunmur. Belə bir şəraitdə orqan ciddi dəyişikliklərə getməlidir. Həmçinin qanunlar sərtləşdirilməlidir. Hər şey istehlakçı üçündür. "İstehlakçı hüquqlarının müdafiəsi haqqında" Qanun mükəmməl olmazsa, bütün bunlar faydasız qərarlar toplusu sayılacaq".

AİB sədri əlavə edib ki, xarici ölkələrdən də Azərbaycana keyfiyyətsiz qidalar gətirilir:

"AQTA mümkün olanı edir. Lakin nədənsə, dövlət qurumları arasında bir-biri ilə əlaqə yoxdur. Hər dövlət təşkilatının rəhbəri öz vəzifəsini sanki babasından qalmış miras hesab edir. Qurumlar arasında sinxron əlaqə yoxdur".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.