ZELENSKİNİN BU HƏRƏKƏTİ 2019-CU İLDƏ PUTİNİ ÇOX QƏZƏBLƏNDİRİB... – “The Wall Street Journal” Rusiyanın Ukraynaya qarşı savaşa başlamasının səbəblərini açıqlayıb…

3-04-2022, 08:49           
ZELENSKİNİN BU HƏRƏKƏTİ 2019-CU İLDƏ PUTİNİ ÇOX QƏZƏBLƏNDİRİB... –
“Vladimir Putin «Normandiya Dördlüyü» sammitindəki ilk görüşdən Ukrayna prezidenti Vladimir Zelenskiyə nifrət edib”.

Qafqaz.media xəbər verir ki, bu barədə “The Wall Street Journal” Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasının səbəbləri ilə bağlı araşdırmasında yazır.

Nəşr iddia edir ki, Zelenski Rusiya prezidenti ilə ilk və indiyədək keçirilən yeganə görüşdə - 2019-cu ilin dekabrında baş tutan Paris sammitində Putinin nifrətini qazanıb. Bu səbəbdən də Minsk razılaşmalarının həyata keçirilməsi dalana dirənib.

“The Wall Street Journal” xatırladır ki, Ukrayna lideri görüş zamanı razılaşmaların rusca şərhini qəti şəkildə rədd edib.

Nəşr yüksək rütbəli bir fransız məmurundan sitat gətirib: "Ruslar qəzəbləndilər". Onun sözlərinə görə, həmin görüşdə iştirak edənlərin çoxu əmindir ki, həmin gündən Rusiya lideri gənc ukraynalı həmkarına nifrət edir.

“The Wall Street Journal”-ın məlumatına görə, Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma başlamazdan bir neçə gün əvvəl Almaniya kansleri Olaf Şolz Moskva ilə Kiyev arasında münasibətləri normallaşdırmaq üçün son addımı atıb. Almaniya xüsusilə Ukraynaya Avro-Atlantik istəklərindən əl çəkməyi tövsiyə edib. Bu müqaviləni Ukraynanın təhlükəsizliyinə birgə təminat verəcək Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden imzalamalı idi.

Zelenski Şolza cavab verib ki, Putinin belə bir razılaşmaya əməl edəcəyinə güvənmək olmaz, üstəlik, ukraynalılar ölkənin NATO-ya üzv olmasını istəyirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.